“Azərbaycan Ordusunun təlimləri Ermənistana mesajdır”
Tarix: 21.05.2020 | Saat: 14:02:00 | E-mail | Çapa göndər


Azərbaycan praktiki olaraq regionun ən güclü ordusunu formalaşdıra bilib.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O, Azərbaycan Ordusunun hər an torpaqlarımızı erməni işğalından azad etməyə qadir olduğunu bildirib.
“Son illər həm ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, bu istiqamətdə ayrılan dövlət büdcəsinin təyinatlı olaraq artırılması və Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-iqtisadi təminatı ilə bağlı addımların atılması imkan verir ki, Azərbaycan regionun ən güclü dövləti olaraq qalmaqda davam etsin. Bu baxımdan son təlimlər və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə Nazirliyinin digər rəhbər şəxslərinin təlimlərə nəzarət etmək üçün ön xəttə getməsi yüksək qiymətləndirilməlidir.

Nəzər alsaq ki, torpaqlarımızın 20 faizi işğaldadır, belə təlimlərin mütəmadi keçirilməsi vacibdir. Təlimlər bizim gücümüzü göstərir. Bu gücün göstərilməsi də Ermənistana mesajdır ki, Azərbaycan Ordusu gücü və potensialı ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir" - V.Bayramov vurğulayıb.

Qeyd edək ki, qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq mayın 18-də Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb.

Təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılır.
10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimlər mayın 22-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Səfir Hulusi Kılıç: Fransa Senatı erməni lobbisinin əlində oyuncağa çevrilib
23.11.2020
Biabırçı kapitulyasiyadan sonra heç kim bizə hörmət etmir - Aşotyan
21.11.2020
Ağdamın azad edilməsi Azərbaycanın nəhəng siyasi qələbəsidir - Markov
21.11.2020
Paşinyan məndən yox, əsgər valideynlərindən qorxmalıdır - Erməni deputat
21.11.2020
Biz təkcə meydanda məğlub olmadıq... – Sərkisyandan şok

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info