Virusu müşahidə etmək üçün yeni üsul
Tarix: 21.05.2020 | Saat: 21:33:00 | E-mail | Çapa göndər



Latviyalı alimlər korona virusunun yayılmasını müşahidə etmək üçün yeni üsul tapıblar


Latviya alimləri ətraf mühitdə korona virusu (Covid-9) pandemiyasının yayılmasını müşahidə etmək üçün yeni üsul üzərində çalışırlar. Ölkənin “Delfi” informasiya portalı xəbər verir ki, bu barədə məlumatı Riqa Texniki Universiteti (RTU) yayıb. Universitetdən verilən məlumata görə, bu kəşf bütün ekosistem miqyasında profilaktik tədbirlərin həyata keçirilməsinə kömək edəcək.
Alimlər Latviyanın bir neçə şəhərinin təmizlənməmiş çirkab sularını yoxladıqdan sonra nümunələrin birində korona virusu aşkarlayıblar. Virusun izləri həmçinin korona virusuna yoluxmuş xəstələrin qeydə alındığı şəhərlərin çirkab sularında da ortaya çıxıb. Lakin suyun təmizlənməsindən sonra virusun izləri qalmayıb.
"Yeni ixtira, eyni zamanda, gələcəkdə müəyyən bir ərazidə infeksiyanın yayılmasının başa çatdığına bir daha əmin olmaq üçün imkan yaradacaq", bu sözləri RTU-nun professoru Talis Yuhna söyləyib.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü
30.05.2020
Martda Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info