Avstriyada əhalinin 57 faizi yay tətilini vətəndə keçirmək niyyətindədir
Tarix: 22.05.2020 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Koronavirus pandemiyası dünyanın bir çox ölkəsində olduğu kimi, Avstriyada da əhalinin səyahət və tətil planlarına ciddi təsir göstərib.
Palitranews.az AZƏRTAC-a istinadən xəbər verir ki, tanınmış "Qallup" İnstitutunun apardığı sorğuda rəyi soruşulanların 36 faizi bu il yay tətilində səyahətə gedəcəklərini bildiriblər. Respondentlərin 31 faizi isə tətil arzusunda olduqlarını, lakin haraya səfər edəcəkləri ilə bağlı qərarı epidemoloji vəziyyətə əsasən qəbul edəcəklərini söyləyiblər.
Sorğuda iştirak edənlərin 57 faizi yay tətilini vətəndə keçirmək niyyətində olduqlarını qeyd ediblər. Bunun üçün əsas səbəb kimi ənənəvi tətil ölkələrində infeksiya riskinin yüksək olması, səfər imkanlarının məhdudlaşması və həmçinin bu il səyahət büdcəsi üçün az vəsaitin nəzərdə tutulması göstərilib. Avstriyanın müxtəlif turizm regionlarında endirim kampaniyaları da yay tətilini ölkə daxilində keçirmək istəyini artırıb.

Rəyi soruşulanların 40 faizi həmçinin qeyd ediblər ki, bu il yay tətilini ölkə daxilində keçirməklə böhran dövründə yerli turizm müəssisələrini dəstəkləmək niyyətindədirlər.

Daxili turizm üçün ən sevilən regionlara Karintiya federal əyaləti başçılıq edir. Sonrakı yerlərdə isə Ştiriya və Zaltsburq əyalətləri gəlir.

Ölkənin həm yay, həm də qış turizmində rəqibsiz lideri Tirol əyaləti ölkədə virusun ən çox yayılma ocaqlarından biri olduğuna görə, siyahıda dördüncü yerdə qərarlaşmalı olub.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü
30.05.2020
Martda Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info