Seyid Əzim Şirvaninin qəzəlləri özbək dilinə tərcümə layihəsi başa çatıb
Tarix: 22.05.2020 | Saat: 10:15:00 | E-mail | Çapa göndər


Bu il Azərbaycan ədəbiyyatında lirik şeirin, qəzəlin böyük ustadı olan Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibəti ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılıb. Qeyd edək Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Azərbaycan klassik musiqi sənəti tarixində müstəsna mövqeyə malik, XIX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan, Füzuli ədəbi məktəbinin ən layiqli davamçısı, böyük şair Seyid Əzim Şirvaninin qəzəlləri özbək dilinə tərcümə edilib. Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi nəinki Azərbaycanda, bütün Şərq ölkələrində, xüsusilə Özbəkistanda böyük maraqla qarşılanır.
Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarət qəzəllərdir. Bu səbəbdən də şairin əsasən qəzəlləri özbək dilinə çevrilib. İlkin olaraq şairin 233 qəzəli özbək dilinə çevrilib və bu tərcümə layihəsini isə tanınmış özbək alim, tərcüməçi-şair Tahir Qahhar tərəfindən həyata keçirilib. Bu il sözügedən qəzəllərin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə nəşri nəzərdə tutulub.
Qeyd edək ki, Tahir Qahhar Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin və Hüseyn Cavidin əsərlərini özbək dilinə tərcümə edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvani haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb, Azərbaycan və Rus dillərində bölmələr yenidən işlənərək zənginləşdirilib. Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi bu il dahi şairin 185 illik yubileyi münasibəti ilə “Azərbaycan və Şərq ədəbiyyatının nadir inciləri – Seyid Əzim Şirvani qəzəlləri” adlı Beynəlxalq elmi konfransın keçirilməsini planlaşdırıb. Azərbaycan və Özbəkistan alimlərinin iştirakı ilə baş tutacaq bu konfransda Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan Seyid Əzim Şirvaninin həm ədəbiyyat tariximizdə realist şair kimi yaradıcılığı, həm də maarifçilik və mədəniyyət xadimi kimi əsərlərinə dair maraqlı məruzələr təqdim ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
“Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı
29.05.2020
UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib
29.05.2020
VII “Virtual əlaçı“ bilik yarışmasına start verilir
29.05.2020
“Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri”
29.05.2020
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info