BDU-da keçirilən Respublika virtual Elmi konfrans öz işini yekunlaşdırıb
Tarix: 22.05.2020 | Saat: 12:07:00 | E-mail | Çapa göndər



Mayın 21-də Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda Respublika virtual Elmi konfransı ikinci günü ilə öz işini davam etdirib.
2 bölmədə iclasları davam etdirən konfransda Riyazi analiz kafedrasının professoru Sadiq Abdullayevin “Некоторые оценки для следов”, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Hamlet Quliyevin “Исследование одной обратной задачи с методами оптимального управле¬ния для эллиптического уравнения второго порядка”, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri, dosent Yusif Sevdimalıyevin “İrsi elastiki çubuğun istismar resurslarınıin qiymətləndirilməsi”, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının professoru Şakir Yusubovun “Beştərtibli hiperbolik tənlik üçün bir sərhəd məsələsinin korrekt həll olunması haqqında”, Diferensial və inteqral tənliklər kafedrasının dosenti Şirmayıl Bağırovun “Zaman arqumentinə nəzərən periodik əmsallı ikinci tərtib yarımxətti parabolik tənliyin müsbət qlobal həllinin varlığı”, magistrant Aydan Qulamlının “On the application one simple method with the fractional steps to solving Volterra integro-differential equation”, magistrant Aytac Nəbiyevanın “Üç birtərtibli adi diferensial tənliklər sistemi üçün yarimoxda səpilmə məsələsi” adlı məruzələr iştirakçıların marağına səbəb olub.
2 gün davam edən konfrasda 50-yə yaxın məruzə dinlənilib. Konfransın bağlanması zamanı Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov konfransın işini yüksək qiymətləndirərək tətbiqi xarakterli təqdimatlarla bağlı təkliflər hazırlanması ideyasını irəli sürüb.
Konfransın moderatoru, Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov iştirakçılara statistik məlumatları təqdim edərək tələbələri gələcəkdə də bu tip konfranslarda aktiv iştiraka səsləyib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika Elmi konfransı sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.




 
Bölməyə aid digər xəbərlər
21.10.2020
Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
20.10.2020
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
17.10.2020
34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
16.10.2020
“Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
16.10.2020
Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
3 “Bizdən bunu etməyi gözləməyin!“
4 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
5 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info