“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
Tarix: 22.05.2020 | Saat: 11:48:00 | E-mail | Çapa göndər


“Fermer kartı” layihəsi fermerlərin həqiqi mənada köməyinə çatıb və torpaqların münbitliyinin qorunmasında mühüm rol oynayıb”

Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı qarşıda duran əsas vəzifələrdəndir.
Hazırda bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülməkdədir. Azərbaycanın bir çox regionlarında müasir suvarma sistemləri qurulur, texniki parklar yaradılır, təsərrüfatçılar üçün müxtəlif güzəştlər tətbiq olunur. Qeyri-neft sektorunun əsasını təşkil edən kənd təsərrüfatının inkişafı, iri taxılçılıq təsərrüfatlarının, aqroparkların yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə qaytarılması, tütünçülük, baramaçılıq, çəltikçilik, üzümçülük və sair sahələrin inkişafına dair Dövlət proqramlarının icrası ilə bağlı fermerlərin mineral gübrələrə tələbatı da artıb. Torpağın münbitliyinin qorunub saxlanılması, onun tələb olunan mineral elementlərlə qidalanmasının təmin edilməsi və aqrokimyəvi qulluğun vaxtında aparılması kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının vacib amillərindəndir. Bu gün səpin və becərilmə işlərinin həyata keçirilməsi zamanı aqrar sektorun mineral gübrələrə olan tələbatının ödənilməsi və müvafiq qaydalara uyğun satışı daim diqqət mərkəzində saxlanılır.
Hazırda regionlarda bir sıra gübrə satış məntəqələri fəaliyyət göstərir ki, bu da yerlərdə əkinçiliyin inkişafında mühüm rol oynayır. Bu istiqamətdə fəaliyyət quran qurumlardan biri Tovuz rayonunda “Buta Trading” şirkətlər qrupunun nəzdində fəaliyyətə başlayan “Az.Gübrə” şirkətidir. Müsahibimiz “Az.Gübrə” şirkətinin Tovuz satış məntəqəsinin anbardarı Mahmud Əyyubludur:
- Bu gün gənclərimiz müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərirlər. Gənc kadr kimi ölkədə kənd təsərrüfatının inkişafının necə qiymətləndirirsiniz?
-İqtisadiyyatın dirçəldilməsi, makroiqtisadi sabitliyin bərqərar edilməsi, xarici investorların ölkə ərazisinə cəlbi, əhalinin rifah halının günü-gündən yaxşılaşdırılması və digər iqtisadi amillərin dirçəldilməsi Azərbaycan Respublikasının qarşısında duran ən ümdə məsələlərdən biridir. Tarixi müstəqilliyini əldə edən ölkəmiz qısa zaman kəsiyində iqtisadi dirçəlişini bərpa edib, əhalinin yaşam səviyyəsini günbəgün artırıb və kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. Tarixin qısa zaman kəsiyində iqtisadiyyatın bu cür dirçəldilməsinin qarşısında heç şübhəsiz ki, ölkə rəhbərliyinin illərlə yorulmadan apardığı düzgün siyasət və səlis iqtisadi islahatlar dayanır. Artıq danılmaz həqiqətdir ki, Azərbaycan Qafqazın inkişaf etmiş ölkəsi kimi dünyada hörmətlə anılır və bəşəriyyətin nəhəng iqtisadi gücləri ölkəmizlə əməkdaşlıq etməkdə maraqlıdırlar. Əlbəttə ki, bu uğurların əsasında ümummilli liderimiz Heydər Əliyevin dərin məntiqi iqtisadi islahatları və onun layiqli davamçısı Prezident İlham Əliyevin düzgün siyasəti dayanır. İqtisadiyyatın ən aparıcı qollarından biri kimi kənd təsərrüfatı dünya dövlətlərinin inkişafında, həyat səviyyəsinin yaxşılaşmasında, sağlam insan potensialının əldə edilməsində mühüm sahə olaraq hər zaman diqqət mərkəzindədir. Sevinclə qeyd etmək istəyirəm ki, Azərbaycan öz iqtisadiyyatının qayğısına qalaraq bu sahədə də misilsiz nailiyyətlərə imza atıb. Artıq kənd təsərrüfatı sahəsində ölkəmizdə bütün problemlər öz həllini tapıb və dövlətlə fermer arasında sıx bağlılıq yaranıb. Dövlətimiz fermer təsərrüfatlarına və fermerlərimizə hər cür güzəştlər, yardımlar, subsidiyalar verərək kənd təsərrüfatının dinamik inkişafında öz töhfələrini verməkdədir.
- Kənd təsərrüfatında tətbiq edilən “Fermer kartı” ilə bağlı nə deyərdiniz?
- Bu gün çox milyonlu fermer təsərrüfatçıları tərəfindən rəğbətlə qarşılanan və kənd təsərrüfatı sahəsində yeni tətbiq edilən “Fermer kartı” yeniliklərdən, uğurlardan biridir. Ölkəmizdə münbit torpaqların qorunması, əkinə yararlı torpaq sahələrində fermer təsərrüfatlarının qurulması və fermerlərin müdafiəsi məqsədi ilə dövlətimiz hər il yeni, bir-birindən gözəl layihələr həyata keçirir. Bu ildən tətbiq edilən “Fermer kartı” isə məhz bu uğurların bir davamıdır. Qeyd etmək istəyirəm ki, münbit torpaqların qorunması, şoranlaşmış torpaqların təmizlənməsi məqsədilə torpaqlara mineral gübrələr səpilməsi olduqca vacib məsələdir. Mineral gübrələr torpaqların tərkibini zənginləşdirməklə yanaşı məhsuldarlığın da artmasına səbəb olur. Artıq bu sahədə də dövlət öz fermerlərinə dəstəyini verməkdə davam edir və əminliklə deyə bilərəm ki, bu məqsədlə yaradılmış “Fermer kartı” layihəsi fermerlərin həqiqi mənada köməyinə çatıb və torpaqların münbitliyinin qorunmasında mühüm rol oynayıb. Dövlət və fermer arasında yaranan güclü bağın nəticəsidir ki, “Fermer kartı” layihəsilə dövlət öz dəstəyini davam etdirməkdədir.
- “Az.Gübrə” şirkəti fermerlərin gübrə ilə təmin edilməsində hansı rolu oynayır?
- “Buta Trading” şirkətlər qrupunun nəzdində fəaliyyətə başlayan “Az.Gübrə” şirkəti “Bərəkət torpaqdan, gübrə bizdən” devizi ilə qısa zaman kəsiyində fermerlərə dəstək olmaqdadır. Belə ki, vaxtında kənd təsərrüfatı üçün gübrələrin kəndlərə, fermerlərə çatdırılmasında, təminində “Az.Gübrə” həqiqətən böyük uğurlar əldə etməyə başlayıb. Ölkəmizin hər bir rayonunda fəaliyyətə başlayan “Az.Gübrə” qısa zamanda iri fermer təsərrüfatları, orta və kiçik təsərrüfat sahibləri ilə dialoq nəticəsində dövlətimizin fermerlərə verdiyi dəstəyindən bəhrələnərək öz imkanlarını fermerlərdən əsirgəməyib. Onu da qeyd edim ki, “Az.Gübrə” şirkəti öz ətrafında işçi qrupu formalaşdırıb. Bu isə heç şübhəsiz ki, yeni iş yerlərinin açılması deməkdir. Ən önəmli amillərdən biri də odur ki, bu gün ölkədə gənclərə, onların işlə təmin olunmasına xüsusi diqqət yetirilir. Bizim şirkət də həmin amili əsas götürərək gənclərin işlə təmin olunmasına böyük önəm verir. Məhz buna görə, “Buta Trading” şirkətlər qrupunun rəhbəri Bəşir Quliyevin və Gəncə-Qazax regionalının rəhbəri Arif Alıcanova öz minnətdarlığımı bildirirəm. İnanıram ki, həm dövlətin kənd təsərrüfatı sahəsinə göstərdiyi dəstək, həm əhalinin, o cümlədən gənclərin işlə təmin olunması sayəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafını müşahidə edəcəyik.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək
24.09.2020
“Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
23.09.2020
Heydər Əliyev Fondu ilk gündən dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir
21.09.2020
Kitabxanaçılıq-informasiya fakültəsi yeni tədris ilinə necə hazırlaşıb?
16.09.2020
“Azərbaycan öz məmləkətimizdir“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info