Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev beynəlxalq İƏT Modeli layihəsində çıxış edib
Tarix: 22.05.2020 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev beynəlxalq İƏT Modeli layihəsində çıxış edib.
Trend-in məlumatına görə, Bakıda yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən beynəlxalq İƏT Modeli layihəsində Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin onlayn mühazirəsi təşkil olunub.
Dünən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri və millət vəkili Tural Gəncəliyev xüsusi qonaq mühazirəçi qismində beynəlxalq İƏT Modeli layihəsində onlayn qaydada mühazirə deyib. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən olan layihə iştirakçıları mühazirəni böyük maraqla qarşılayıblar. Mühazirəyə artıq 2000-ə yaxın baxış olub. Məruzəçi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqda məlumat verərək, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin mahiyyətini açıqlayıb.

T.Gəncəliyev Azərbaycanın bu münaqişənin sülh yolu ilə ədalətli şəkildə həll edilməsi üçün hər zaman təşəbbüs göstərdiyinə baxmayaraq, Ermənistan hökumətinin və rəhbərliyinin sülh danışıqlarını təhlükəyə atan və status-kvonu qoruyub saxlamağa çalışan addımlar atdığını təəssüflə qeyd edib. O həmçinin bildirib ki, işğalçı Ermənistan rəhbərliyinin birbaşa dəstəyi və iştirakı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı və qondarma rejim rəhbərinin dünənki “inaqurasiya mərasimi” qəbuledilməzdir və Ermənistan rəhbərliyinin destruktiv mövqeyini bariz şəkildə göstərir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələlərinin “qırmızı xətt” olduğunu xüsusi vurğulayan T. Gəncəliyev həmçinin bəzi erməni sosial media istifadəçilərinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini icmanın nəzərinə çatdırdıqlarını qeyd edib. T.Gəncəliyev eləcə də doğulduğu və on iki yaşına qədər yaşadığı, hal-hazırda işğal altında olan Şuşa şəhəri, onun dağıntılara məruz qalmış mədəni irsi haqda danışıb, bu şəhərdə keçirdiyi uşaqlıq xatirələrini beynəlxalq iştirakçılarla bölüşüb. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, bu il onlayn qaydada həyata keçirilən layihənin son 5 həftədəki mühazirələrini ümumilikdə 50 mindən artıq insan izləyib. Ötən həftələr ərzində bu prorqam çərçivəsində Böyük Britaniyanın Leeds Universitetinin professoru Salman Sayyid, Vaşinqtondakı Global Siyasət Mərkəzinin Direktoru Dr. Azeem İbrahim, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyatçı alim Aqil Şirinov, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri, səfir Fərid Şəfiyev müxtəlif mövzularda mühazirə ilə çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
AİHM erməni “zinvor”un həyatına 15 min funt qiymət qoyub
28.05.2020
ABŞ-ın Las Veqas, Honolulu, San Dieqo və Monterey şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib
28.05.2020
Perunun rəsmi qəzetində Azərbaycanın Respublika Günü ilə bağlı məqalə dərc edilib
28.05.2020
1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi
28.05.2020
İstanbulun 3 körpüsü Azərbaycan Bayrağının rənglərinə uyğun işıqlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info