Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək
Tarix: 22.05.2020 | Saat: 16:28:00 | E-mail | Çapa göndər



Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi çərçivəsində dəstək çağırışlarına ölkənin ən böyük təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti də qoşulub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırda ölkəmizdə tədris prosesinin onlayn şəkildə davam etdirilməsi ilə əlaqədar “AzEduNet” şirkətinin təşəbbüsü ilə “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş 10 mindən çox müəllim-pedaqoji heyətin mobil nömrə balansına 5GB mobil internet paketi yüklənib.
Xatırladaq ki, tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsi hazırda 4 minə yaxın təhsil müəssisəsini əhatə edir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar təhsil müəssisələrində vahid intranet şəbəkəsinin qurulması və intranet üzərindən telekonfrans rabitəsinin (IP telefoniya, videokonfrans) təşkili, internetə yüksək sürətli çıxışın təmin olunması, təhsilalanların internetin zərərli məzmunlarından qorunması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.




 
Bölməyə aid digər xəbərlər
23.05.2020
Gömrük Akademiyasının tələbələri üçün sınaq onlayn imtahan keçirilib
23.05.2020
UNEC-də MBA proqramında 3 yeni ixtisas üzrə qəbul aparılacaq
23.05.2020
ATMU-da növbəti virtual konfrans beynəlxalq iqtisadi münasibətlərin prioritetinə həsr olunub
23.05.2020
Koronavirusa həsr olunmuş tədqiqatlarla bağlı onlayn konfransa tezis qəbulu davam edir
23.05.2020
”Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info