Sərdar Cəlaloğlu Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev kimiləri fakt qarşısında qoydu
Tarix: 14.10.2013 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


|

Yaxud prezident seçkilərində dəfələrlə məğlub olan sədrlərin məşum kreslo “məhəbbət”i barəsində...

Bu gün dünya siyasi praktikasında belə bir yazılmamış qayda var ki, siyasi rəqabətə girişən və siyasi kampaniyalarda, seçkilərdə məğlub olan liderlər, siyasətçilər artıq siyasətdən gedirlər. Bu gün demokratiya baxımından inkişaf etmiş və öncül sayılan ölkələrdə, böyük demokratiya təcrübəsi olan dövlətlərdə bu cür siyasi məğlubiyyətdən doğan istefalar, yaxud bir daha həmin prezident kürsüsü uğrunda rəqabətə girməmə artıq bir normaya çevrilib. Əgər həmin ölkələrdə kimsə prezident seçkilərində namizəd olursa və seçki marafonundan məğlub ayrılırsa, o, bir daha prezidentlik uğrunda rəqabətə qatılmır. Çünki bunu demokratiyanın yazılmamış qanunları, demokratik siyasi mədəniyyət və eləcə də icitmai təpki tələb edir. Buna görə də həmin məğlub siyasilər öz karyeralarını başqa sahələrdə və ya postlarda davam etdirməyə qərar verirlər.
Azərbaycana gəldikdə isə, bu gün Azərbaycan da dünyəvi, demokratik yolla inkişaf edən ölkələr siyahısında yer alır. Ölkəmizdə siyasi plüralizm var, hər kəs siyasi baxışlarını ifadə etməkdə və siyasi fəaliyyətdə sərbəstdir. Elə bunun nəticəsidir ki, son prezident seçkilərində 10 namizəd bir-birilə rəqabət aparırdı. Amma burada qeyd edilməli olan bir məsələ var. Belə ki, dəfələrlə prezidentlik postu uğrunda rəqabətə girən və hər seçkidən məğlub ayrılan radikal müxalifət partiyalarının başçıları yenə də postlarında qalırlar və qətiyyən istefa barəsində fikirləşmirlər. Halbuki bu xalqın hər seçkidə onlara haranı göstərdiyinin fərqindədirlər – xalq onlara heç vaxt etimad göstərməyib, əksinə onlara dəfələrlə tarixin arxivini və ora yuvarlanmağın yolunu göstərib. Amma hələ də Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev kimi müxalif başçılar bundan ibrət götürməyiblər, arınmayıblar. Bu dəfə marafondan məğlub ayrıılan namizədlərdən biri - ADP sədri Sərdar Cəlaloğlu partiyadan istefa verdiyini elan etdi və siyasətdən getdiyini ortaya qoydu. Doğrudur, onun istefası partiyası tərəfindən qəbul edilməyib.Amma hər halda, belə bir cəsarəti ilk dəfə yalnız o nümayiş etdirə bildi. Radikal müxalif başçılar isə bundan da həya edib, adekvat addıma getmədilər. Onlar yenə də partiya sədrləri kimi postda qalmaqdadırlar və sədr kürsülərindən bərk-bərk yapışıblar. Bu adamlar özləri “demokratik” imiclə görünməyə çalışırlar, amma onların demokratik etikaya tam zidd getmələri, dəfələrlə məğlub olmalarına baxmayaraq, kreslodan bərk yapışmaları əslində onların xaraktercə kimlər olduqlarını açıq büruzə verir. Bu seçkidə də onlar Cəmil Həsənlinin arxasında gizlənməyə çalışdılar ki, arcıdıl məğlubiyyətlərinin ardınca “taym-aut” götürsünlər və budəfəki məğlubiyyətlərini professorun ayağına yazsınlar. Amma prosesləri izləyənlərə gün kimi aydındır ki, “milli şura” adlı qurum məhz Əli Kərimli, Eldar Namazov, Rəsul Quliyev və İsa Qəmbər kimi köhnə başçılar və onların partiyalarından ərsəyə gəlmişdi. Deməli, bu məğlubiyyətin əsas məsuliyyəti bu dəfə də həmin köhnə, demokratik baxımdan qeyri-etiklik sərgiləyən simaların üzərinə düşür... Əgər həmin partiyadakılar bu başçılara təpinməsələr, onlar ömürlərinin sonlarına kimi, çox seriyalı məğlubiyyətlərinə baxmayaraq, kreslodan yapışıb qalacaqlar, digərlərini də önə buraxmayacaqlar... Elə müxalifətin məğlubiyyətinin əsas səbəblərindən biri də budur...






 
Müəllifin son yazıları

08.07.2014 Avtobus sürücüsündən ürkən turistlər...
16.12.2013 Vətəndaşlıq şüuru gücləndirilməlidir
01.11.2013 Ziyalı faciəsi…
19.09.2013 Eldar Namazov Rüstəm İbrahimbəyovu “baqaja qoydu”
03.09.2013 Platon şiə olub???

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info