Hindistan və Çin sərhəd bölgələrində gərginlik artıb
Tarix: 22.05.2020 | Saat: 18:17:00 | E-mail | Çapa göndər



Əsgərlər Ladaksın şərqi və Sikkim əyalətində iki ölkəni qarşı-qarşıya qoyandan sonra diqqət bölgəyə yönəlib

Hindistan və Çin qoşunlarının sərhəd bölgələrinə əlavə təhlükəsizlik qüvvələri yerləşdirməsi və mayın əvvəlindən sərhədin müxtəlif hissələrində baş verən qarşıdurmalar bölgədə gərginliyi artırıb.
Əsgərlər Ladaksın şərqi və Sikkim əyalətində iki ölkəni qarşı-qarşıya qoyandan sonra diqqət bölgəyə yönəlib. Son bir neçə həftədir hərbçilər arasındakı qarşıdurma və xəsarətlər səbəbindən hər iki ölkə sərhəddə müdafiə istehkamlarını gücləndirməyə davam edir.
Hindistan və Çin Demçok, Çumar, Daulat Beq Oldie, Qalvan vadisi və Ladaxdakı Panqonq Tso gölü ətrafına əlavə təhlükəsizlik qüvvələri yerləşdiriblər.
Çin qoşunları Qalvan vadisində Panqonq Tso gölündə patrul qayıqlarının sayını artırıb, 100-ə yaxın çadır qurub.
Qeyd edək ki, iki ölkə arasında 3488 kilometrlik sərhəd xəttilə bağlı fikir ayrılıqları mövcuddur. Sərhəd problemini həll etmək üçün 1993-cü ildə Hind - Çin sərhəd bölgələrində “Həqiqi idarəetmə xətti boyu sülh və dincliyin müdafiəsi haqqında” saziş qəbul edilsə də, o vaxtdan sərhəd mübahisəsi səngimək bilmir.




 
Bölməyə aid digər xəbərlər
20.10.2020
ABŞ-ın Alyaska ştatı üçün zəlzələdən sonra sunami xəbərdarlığı edilib
20.10.2020
İsraildə koronavirusa yoluxanların sayı 304 min nəfəri ötüb
19.10.2020
Ankarada əlverişsiz hava və güclü yağıntı böyük problemlər yaradıb
19.10.2020
Suriya tayfaları Ermənistanın YPG kürdləri ilə ittifaqını pisləyib
19.10.2020
İranlı deputat Ermənistana sərt xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
2 Бакинские армяне призывают Ереван прекратить оккупацию
3 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
4 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
5 Toyuğun bu hissəsi xərçəng yaradır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info