Paytaxtda ən çox yoluxma halları Yasamal, Nəsimi və Sabunçuda qeydə alınıb
Tarix: 22.05.2020 | Saat: 18:25:00 | E-mail | Çapa göndər



Paytaxtda ən çox yoluxma faktı Yasamalda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 16 faizi həmin rayonun payına düşür.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, Nəsimi rayonunda bu rəqəm 14,8, Sabunçuda 13,8, Nərimanovda 11,3, Binəqədidə 10,6, Xətaidə 9,4, Qaradağda 8,4, Suraxanıda 5,4, Nizamidə 4,9, Xəzərdə 3,1, Səbaildə 1,8, Pirallahıda 0,4 faizə bərabərdir.
O, həmçinin deyib: “Günlər ərzində 7 minə yaxın testlər icra olunub. Müsbət nəticələrin ümumi müayinələrdə payı 1,5 faizə yaxındır. Həftəlik orta rəqəm isə təxminən 2,4 faiz təşkil edir. Ümumi testlərdə müsbət nəticələrin payı sərt karantin rejimi ilə müqayisədə 0,3-0,5 faizdən 2,4 faizə qədər yüksəlib. Ötən həftə isə bu nisbət 2,9 faizə qədər artıb”.




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb
25.10.2020
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi
25.10.2020
Bayrağımızı ucaldan Azərbaycan Polisi
25.10.2020
Hərbçilərimiz koronavirusla bağlı çağırış etdi
24.10.2020
Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
3 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
4 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
5 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info