ABŞ-ın Mayami-Deyd şəhərində 28 may Azərbaycanın Respublika Günü elan olunub
Tarix: 23.05.2020 | Saat: 11:02:00 | E-mail | Çapa göndər



ABŞ-ın Florida ştatının Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Himenez 2020-ci ilin 28 may tarixini Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.

Azərbaycan Respublikasının Vaşinqtondakı Səfirliyindən APA-ya verilən məlumata görə, ilk olaraq Mayami-Deyd şəhəri multimədəniyyət müxtəlifliyinə fərdlər və təşkilatların töhfəsini tanımağa səy göstərdiyi bildirilir. Belə ki, Amerikada yaşayan Azərbaycanlıların Floridadada güclü iştirakı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvələrini qeyd edib.
K.Himenez dünyada 46 milyondan çox Azərbaycanlının son 100 ildə 28 may tarixini əcdadların töhfələrini qeyd etmək üçün Azərbaycan Respublikası Günü qeyd etdiyini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolu xatırlanıb.

Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olması və ABŞ da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.
Bu hadisənin həm də Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib.
Mer Himenez 28 may 2020-ci il tarixinin Azərbaycan Respublika Günü elan edərək Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırış edib.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
24.05.2020
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
“Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir“
24.05.2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsi təxribatdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info