Afrikanın ən yaxşı muzeyi
Tarix: 23.05.2020 | Saat: 23:18:00 | E-mail | Çapa göndər



Muzeyin direktoru Sabah Əbdül Razik bildirib ki...


UNESCO Qahirədəki Tahrir Muzeyini Afrikanın ən yaxşı muzeyi kimi qiymətləndirib. Bu qiymətləndirmə təşkilatın təşəbbüsü ilə keçirilən illik Muzey Həftəsi çərçivəsində “twitter” sosial şəbəkəsində həyata keçirilən beynəlxalq festivalın yekunlarına görə aparılıb.

Muzeyin direktoru Sabah Əbdül Razik bildirib ki, Muzey Həftəsinin rəsmi səhifəsində Misirin Tahrir Muzeyi bu münasibətlə təbrik edilib. O əlavə edib ki, hələ 2015-ci ildə UNESCO-nun Baş Konfransı tərəfindən muzeylərin qorunması və inkişafı, onların cəmiyyətdə rolunun artırılması barədə sənəd qəbul edilib. “Bu mühüm sənəddə qarşıya qoyulan vəzifələrə uyğun olaraq, Misir hökuməti ölkədə muzeylərin bərpası, təmiri və zəngin eksponatlarla təmin edilməsini diqqət mərkəzində saxlayıb. Bu, həm mədəni irsin təbliği, həm də turizmin inkişafı baxımından mühümdür”, - deyə direktor qeyd edib.
Muzey Həftəsi “7 gün, 7 mövzu, 7 haştaq” mövzusunda keçirilib və bütün dünyada muzey, qalereya, arxiv mərkəzləri, kitabxanaları əhatə edib.




 
Bölməyə aid digər xəbərlər
29.10.2020
2068-ci ildə dünyanı gözləyən qorxunc fəlakət
26.10.2020
“Sağ qalmaq üçün kəndə köçün”
25.10.2020
Burunda olan tükləri kəsmək olmaz...
25.10.2020
Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
22.10.2020
Əriştədən bir ailənin 9 üzvü öldü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info