“Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
Tarix: 24.05.2020 | Saat: 00:29:00 | E-mail | Çapa göndər



Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ili “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları” mövzusunda onlayn müzakirə keçirilib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr zamanı Azərbaycanda turizm sektorunun hazırkı vəziyyəti, böhrandan çıxış yolları, post-pandemiya dövründən sonra turizmin inkişaf planları, yay mövsümünə hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə çıxış edən Dövlət Turizm Agentliyinin media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə pandemiyadan sonra ölkə turizminin bərpasının mərhələli şəkildə həyata keçiriləcəyini deyib.
Sektor müdiri hazırda əsas prioritetin daxili turizmin inkişafı olduğunu və bu istiqamətdə xüsusi kampaniyaların keçiriləcəyini bildirib.
Kənan Quluzadə satışa istiqamətlənən marketinqin daha çox məlumatlılığın saxlanmasına yönəldiyini, eyni zamanda vətəndaşların sağlamlığının və təhlükəsizliyinin ön plana çəkildiyini vurğulayıb.
Pandemiyadan öncə üzərində işlənilən turizm layihələrinin davam etdirildiyini deyən Azərbaycan Turizm Bürosunun turizm sənayesi və destinasiyanın inkişafı departamentinin direktoru İlkin Cavadov hazırda bu istiqamətdə təkmilləşdirmə prosesinin həyata keçirildiyini bildirib. O, “Macəra yaxındadır” platformasında artıq turizm şirkətləri və hotellər üçün qeydiyyatın açıq olduğunu, ölkə vətəndaşlarının istirahəti üçün digər turizm fəaliyyət növlərinin də yerləşdiriləcəyini qeyd edib.
İlkin Cavadov səfərlər təxirə salındığı üçün xarici bazarlarla işlərin elektron platformalar vasitəsi ilə davam etdirildiyini də diqqət çatdırıb. O, sərhədlər açılandan sonra əsas üstünlüyün qonşu ölkələrə veriləcəyini, daha sonrakı mərhələdə isə digər xarici ölkələrə istiqamət götürüləcəyini bildirib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev yay mövsümündə vətəndaşlara münasib qiymətlərə turizm xidmətlərinin göstərilməsi üçün müxtəlif istiqamətlərdə yerləşən hotellər və turizm mərkəzləri ilə görüşlərin keçirildiyini, eyni zamanda əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün təkliflər üzərində işlər aparıldığını bildirib.

Rüfət Hacıyev turizm şirkətləri ilə bağlı əvvəllər yaşanan narazılıqların yenidən baş verməməsi üçün turizm şirkətlərinin fəaliyyətində keyfiyyət standartlarının artırılması, müəyyən tənzimləmələr və mexanizmlərin olmasına ehtiyac olduğunu da diqqətə çatdırıb.
Azərbaycan Hotel Assosiasiyasının vitse-prezidenti Elgün Məmmədov çıxışı zamanı yay mövsümündə region hotellərinə daha çox tələbatın olacağını qeyd edib.
Onun sözlərinə görə, pandemiya dövrünə qədər hotellər üçün prioritet müştəri xidmətləri və gəlirləri sayılırdısa, hazırda əsas diqqət qonaqların hoteldə sağlamlığına, gigiyena qaydalarının artırılmasına və müştərilərin təhlükəsizliyinə ayrılacaq.
Karantin dövründən sonra Turizm İnformasiya Mərkəzlərinin yenidən işə başlayacağını və “Baku City Tour” turistik avtobusların da fəaliyyətinin bərpa olunacağını deyən Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov, yay mövsümündə vətəndaşlara yeni kampaniyaların da təqdim ediləcəyini diqqətə çatdırıb. O, yerli turistlərin “BakuCard”lardan istifadə edə bilməsi üçün müəyyən dəyişikliklərin olacağını də bildirib.

Müzakirələr zamanı Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Tural Musayev sərhədlər bağlı olduğu üçün təəssüf ki, bələdçilərin işsiz qaldığını söyləyib. O, turizm tam bərpa olunana qədər bələdçiliklə məşğul olan kadrları itirməmək üçün hazırda müxtəlif treninqlərin keçirildiyini qeyd edib. Tural Musayev mövcud vəziyyəti nəzərə alaraq daxili turizm xidmətləri göstərən şirkətləri bələdçilərə dəstək olmağa çağırıb.

Onlayn müzakirələr zamanı vətəndaşların turizmlə bağlı ünvanladığı suallar da cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
25.09.2020
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
22.09.2020
Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
21.09.2020
Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
16.09.2020
Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info