Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Tarix: 24.05.2020 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Gününün ildönümü münasibətilə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmağa çox məmnunam.
Azərbaycan Respublikası ilə əməkdaşlıq Tacikistan Respublikasının xarici siyasət kursunda mühüm yer tutur.
Biz Tacikistanla Azərbaycan arasında dostluq və çoxplanlı əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndiririk. Xalqlarımız arasında tarixən yaranmış səmimi əlaqələr bu münasibətlərin etibarlı əsasıdır.
Əminəm ki, biz birgə səylərimizlə həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar məkanında səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da dinamik inkişafını təmin edə biləcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə bol uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzu edirəm".




 
Bölməyə aid digər xəbərlər
12.07.2020
Müdafiə Nazirliyi düşmən hücumu nəticəsində şəhid olan hərbu qulluqçularımızın adını açıqlayıb
12.07.2020
ikmət Hacıyev: Ermənistan daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır
12.07.2020
Azərbaycan ordusu bu gün bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir
12.07.2020
Qüdrətli Azərbaycan Ordusu yenə düşmənə öz gücünü göstərdi
12.07.2020
XİN: Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info