Çinin pilotsuz helikopterinin ilk uçuşu
Tarix: 24.05.2020 | Saat: 19:22:00 | E-mail | Çapa göndər



Çinli mütəxəssislər yeni pilotsuz helikopter hazırlayıblar


Çin Aviasiya Sənayesi Korporasiyasının istehsalı olan AR500C-nin ilk uçuşu uğurlu olub. Əsasən anti-terror əməliyyatları, yanğınların söndürülməsi və təbii fəlakət nəticələrinin aradan qaldırılmasında istifadə üçün nəzərdə tutulan helikopter 5 min metrə qədər yüksəklikdə uçmaq qabiliyyətinə malikdir.
Çin Aviasiya Sənayesi Korporasiyasının Helikopter Araşdırmaları İnstitutunun baş mühəndisi Fan Yonhon bildirib ki, AR500C iri pilotsuz uçuş aparatları xüsusiyyətlərinə malik olsa da, onun havaya qalxması və enməsi zamanı uçuş zolağına ehtiyac yoxdur.
Çinin pilotsuz uçuş aparatları üzrə ən son texnologiyaları əsasında hazırlanan helikopterin maksimum sürəti saatda 170 kilometrə çatır və 5 saat dayanmadan uça bilir. 500 kiloqram yükü 5 min metr hündürlüyə qaldıra bilməsi üçün təkmilləşdirilmiş rotor aerodinamika texnologiyasından istifadə olunub. Bundan başqa, küləyə və quma qarşı müqavimətli olması üçün helikopterin dizaynında əlavə texnologiyalar da tətbiq olunub.




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
Mustafa Şəntop Türkiyə parlamentinə yenidən sədr seçilib
07.07.2020
Türkiyə Böyük Millət Məclisinə sədr seçkisi keçirilir
07.07.2020
Böyük Britaniyada restoranlar açılandan bir neçə gün sonra yenidən bağlanıb
07.07.2020
İranda 1 gündә koronavirusdan 200 nәfәr öldü
07.07.2020
Dünyada 11,6 milyondan çox insan koronavirusa yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info