“Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir“
Tarix: 24.05.2020 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Ermənistanda yaşayan yüz minlərlə müsəlman əhalini əzəli torpaqlarından məcburi sürgün edən, Azərbaycanın torpaqlarını işğal edib bu ərazidəki azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyan, müsəlman mülki əhaliyə qarşı Xocalı qətliamı kimi insanlıq əleyhinə cinayətlər törədən, işğal etdiyi torpaqlardakı İslam dini abidələrini, ibadət yerlərini talan və təhqir edən bir ölkənin rəhbərinin müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlaması təcavüzkar Ermənistanın rəhbərinin islam dininə qarşı nümayiş etdirdiyi riyakarlığın ən yüksək səviyyəsidir.

Milli.Az bildirir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə bəzi müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlamasını şərh edərkən deyib.

"Ermənistan baş naziri həqiqətən də İslam dininə və dəyərlərinə hörmət nümayiş etdirsəydi, ilk növbədə fundamental hüquqları pozulmuş, öz evlərindən didərgin salınmış yüz minlərlə müsəlman azərbaycanlının haqqlarının bərpa olunması istiqamətində addım atardı. Nikol Paşinyanın nümayiş etdirdiyi təxribatçı fəaliyyəti isə onun bu yanaşmadan tam uzaq olduğunu göstərir.

Ermənistan baş nazirinin təbrik ünvanladığı ölkələrin hər il, ardıcıl olaraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə qəbul etdiyi qətnamələri işğalçı ölkəyə xatırladırıq. Ermənistan rəhbərliyi İslam dünyası və müsəlman əhalisinə sözdə hörmətini, saxta müraciətləri ilə deyil, elə həmin müsəlman ölkələrin qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirməklə nümayiş etdirməlidir", - deyə o bildirib.




 
Bölməyə aid digər xəbərlər
12.07.2020
İtki verən düşmən geri otuzdurulub, 2 nəfər şəhidimiz var, 5 nəfər isə yaralanıb
11.07.2020
BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub
11.07.2020
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
11.07.2020
Azərbaycanda aparılan iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır
11.07.2020
Hər birimiz operativ qərargah tərəfindən verilən tapşırıqlara ciddi əməl etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info