Akademik Musiqili Teatr “Ər və arvad“ tamaşasının 110 yaşını qeyd edir
Tarix: 25.05.2020 | Saat: 13:25:00 | E-mail | Çapa göndər


Düz 110 il bundan əvvəl - 1910-cu il may ayının 24-də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin bu ölməz musiqili komediyası ilə şərqdə ilk operetta janrı təşəkkül tapıb. Mədəniyyət tariximizdə önəmli yeri olan "Ər və arvad" musiqili komediyası Azərbaycanda Musiqili Teatrın gələcək inkişafına zəmin yaradıb.
Bu əlamətdar gün münasibətilə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev kollektivi təbrik edib.
Təbrikdə deyilir: "Bir əsrdən çox repertuardan düşməyən "Ər və arvad" tamaşasının maraqlı tarixçəsi vardır. Bütün dövrlərdə tamaşaçılar tərəfindən böyük sevgi və alqışlarla qarşılanan bu səhnə əsəri təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da daim uğurla nümayiş olunur, çox böyük maraq və coşquyla qarşılanır.
Musiqili Teatr bu tamaşa ilə dünyanın müxtəlif ölkələrində - İran, Türkiyə, Gurcustanda çıxışlar edib. Təbrizdə keçirilən beynəlxalq Fəcr festivalında "Ər və arvad" tamaşası ilə iştirak edən teatrımız bu möhtəşəm teatr yarışmasında mükafata layiq görülüb.
110 yaşlı teatrımıza bundan sonrakı onilliklərdə də yeni-yeni uğurlu tamaşalar, bütün yaradıcı və texniki heyətə can sağlığı arzulayıram. Yolunuz açıq, uğurlarınız bol, tamaşaçılarınız saysız olsun hər zaman. Hər vaxt uca olun, ucalıqda olun!"




 
Bölməyə aid digər xəbərlər
06.07.2020
“Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
06.07.2020
Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
04.07.2020
“Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
03.07.2020
Natəvan və Haqverdiyevlə bağlı televiziya filmləri hazırlanır
30.06.2020
Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info