Yardımlı RİH bayram sovqatı paylayıb
Tarix: 24.05.2020 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


Ölkə Prezidentinin tapşırığı əsasında və Heydər Əliyev Fondunun dəstəyi ilə Yardımlı RİH-ti tərəfindən aztəminatlı ailələrə, şəhid ailələrinə və Milli Qəhrəman ailələrinə bayram sovqatları paylanıb

11 ayın sultanı olan Ramazan bayramında ölkə Prezidenti, Heydər Əliyev Fondu və Yardımlı rayon İcra Hakimiyyəti, rayonda yaşayan aztəminatlı ailələr, şəhid ailələrini və Milli Qəhrəman ailələrini həmişə olduğu kimi yaddan çıxarmadı. Bu ailələr daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının xüsusi tapşırığı əsasında və Heydər Əliyev Fondunun dəstəyi ilə, eyni zamanda rayon icra hakimiyyətlərinin təşəbbüsü ilə respublikada yaşayan şəhid və Milli Qəhrəman ailələrinə, o cümlədən də tənha və aztəminatlı ailələrə bayram günlərində ərzaq sovqatları paylanmaqdadır.

Ötən gündən başlayaraq Yardımlı rayonunda da Ölkə Prezidentinin tapşırığı əsasında Yardımlı rayon icra hakimiyyəti və Heydər Əliyev Fondu tərəfindən rayonda yaşayan Şəhid və Milli Qəhrəman ailələrinə, həmçinin tənha və aztəminatlı yardıma ehtiyacı olan ailələrə Ramazan bayramı münasibətilə bayram sovqatları paylanıb.

Daim dövlətin diqqət və qayğısında olan Yardımlı rayonunun şəhid və Milli Qəhrəman ailələri, o cümlədən tənha və aztəminatlı ailələr, onlara diqqət və qayğı göstərən, bayram günlərində onları yaddan çıxarmayan Ölkə Prezidentinə, Ölkənin Birinci Vitse Prezidentinə, Heydər Əliyev Fonduna və Yardımlı rayon İcra Hakimiyyətinin Başçısına təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Bayram sovqatları ailələrə təqdim olunan zaman rayon icra hakimiyyətinin nümayəndələri Ölkə Prezidenti və Birinci Vitse Prezident adından, həmçinin rayon icra hakimiyyəti adından ailələri Ramazan Bayramı münasibəti ilə təbrik ediblər, onların daim dövlətimizin diqqətində olduğunu ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Azərbaycanda son sutkada 543 nəfərdə COVID-19 aşkarlanıb, 510 nəfər sağalıb, 6 nəfər vəfat edib
14.07.2020
Şəhid mayor Anar Novruzovla Masallıda vida mərasimi keçirilir
14.07.2020
Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutdu
13.07.2020
MN: Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub
13.07.2020
Azərbaycanda daha 529 nəfər koronavirusa yoluxdu, 547 nəfər sağaldı, 7 nəfər öldü

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
3 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info