Pandemiya Bakı sakinlərinin 44%-nin maddi durumuna təsir edib
Tarix: 25.05.2020 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


“ACT Azərbaycan” Bakı şəhərində COVID-19 pandemiyasının əhaliyə təsirini öyrənmək üçün 30 aprel – 3 may tarixlərində paytaxt sakinləri arasında müxtəlif istiqamətlərdə həyat tərzi sorğusu həyata keçirib.
Araşdırmanın nəticəsinə görə, rəyi öyrənilənlərin təqribən yarısı isə (48 %) pandemiyanın həyatlarına müəyyən təsirlərini hiss etdiklərini bildiriblər. Hər 3 respondentdən 1-i isə (33 %) pandemiyanın onların həyat tərzinə təsir etmədiyini deyib.
Əksəriyyətin fikrincə (56 %) karantin rejimi ilə bağlı yaranan ən böyük çətinlik onların adət etdikləri və sevdikləri məşğuliyyətləri həyata keçirmələrində yaranmış məhdudiyyətlər olub. Pandemiya zamanı maddi vəziyyətinin pisləşdiyini bildirənlər 44 % təşkil edib.
COVID-19 pandemiyasından sonra insanlar arasında münasibətlərin necə dəyişəcəyi ilə bağlı verdiyimiz sualımıza cavab olaraq əksəriyyət (41 %) insanların daha çox özlərinə və yaxınlarına qayğı göstərəcəklərini bildiriblər.
Sorğuda iştirak etmiş respondentlərin 15%-i pandemiya dönəmində yaxınları ilə münasibətlərinin pisləşdiyini vurğulayıblar.
Sorğu 30 aprel - 3 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
02.07.2020
Pandemiya dövründə infrared termometrlərin əhəmiyyəti
01.07.2020
Sabahdan Bakıdakı polis postları ləğv edilir
01.07.2020
Qurban bayramında 4 gün iş olmayacaq
01.07.2020
Son 6 ayda 3908 əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info