Masallıda mobil qrupların fəaliyyəti davam etirilir
Tarix: 27.05.2020 | Saat: 11:26:00 | E-mail | Çapa göndər


Masallı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər çərçivəsində vətəndaşlar arasında maarifləndirmə işi aparılması məqsədi ilə rayon İcra hakimiyyətinin başçısı tərəfindən 114 nəfərdən ibarət 20 mobil qrup yaradılmışıdır.
Qruplarda Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı, Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsi, rayon Təhsil şöbəsi, Gənclər Evi Sosial xidmət mərkəzi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin əməkdaşları və könüllüləri fəaliyyət göstərir.
Fəaliyyət çərçivəsində “Karantin rejiminin yumuşaldılması, karantin rejiminin ləğv edilməsi demək deyil” devizi altında vətəndaşların maarifləndirilməsi, onlara metodik vəsaitlər, spirt və tibbi maska paylanılması, küçə və obyektlərin girişlərinə metodik vəsaitlərin yapışdırılması həyata keçirilir.
Mobil qruplar tərəfindən 5 may 2020-ci il tarixdən hal-hazıradək ümumilikdə 57249 vətəndaşla maarifləndirici söhbət aparılmış, 10286 metodik vəsait və 3569 tibbi maska paylanılmışdır. Təkcə 23.05.2020-ci il tarixdə 1853 vətəndaşla maarifləndirici söhbət aparılmış, 9 litr tibbi spirt və 1100 ədəd tibbi maska paylanmışdır.
Hal-hazırda Masallıda mobil qrupların fəaliyyəti genişləndirilmiş şəkildə davam etdirilir.

ƏLİHÜSEYN ŞÜKÜROV




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Bütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir
02.07.2020
Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq uşaq bağçasının təməli qoyulub
01.07.2020
Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər öldü
01.07.2020
Coğrafiya İnstitutundan xəbərdarlıq: Azərbaycanda quraqlıq gözlənilir
01.07.2020
ETSN: Ölkə çaylarında sululuğun azalması müşahidə edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info