“Azərbaycan millisinin baş məşqçiliyinə iki ideal namizəd var”
Tarix: 27.05.2020 | Saat: 11:42:00 | E-mail | Çapa göndər



Nikola Yurçeviçin dönəmində milli komandamızın məşqçisi işləmiş Mario Tokiç onlarla müqavilənin müddətinin uzadılmaması haqda AFFA-nın qərarına münasibət bildirib.

Qol.az xəbər verir ki, azerisport.com saytına müsahibəsində xorvat mütəxəssis deyib: “Müqavilənin uzadılmaması artıq AFFA-ya aid məsələdir. Amma mən bilirəm ki, assosiasiya Slovakiya ilə Bakıdakı oyun (1:5) istisna olmaqla komandadan razı qalmışdı. AFFA-ya güclü təzyiq vardı. Onlar isə bunun öhdəsindən gələ bilirdilər. AFFA Avropada peşəkar kadrlara malik ən yaxşı assosiasiyalardan biridir. Məsələn, AFFA-nın prezidenti və baş katibi super insanlardır. Heç bir yerdə onlar kimi komandalarının təəssübünü çəkən insanlar görməmişəm. Bu komandaya vaxt lazımdır. Xorvatiya ilə oyuna (1:2) bir neçə aya qədər bu uşaqlar Kosovoya uduzmuşdular (0:4). Yalnız son dəqiqələrdəki ustalıq səviyyəsi və fərdi səhvlər bizə seçmə mərhələdə çox xal toplamağa imkan vermədi”.
Xorvat müətxəssis həmçinin hazırda millinin boş qalmış baş məşqçi vəzifəsi ilə bağlı da fikirlərini bildirib: “Bir il ərzində mən Azərbaycan futbolunda çox şeyi gördüm. Ona görə də deyə bilərəm ki, hazırda millinin baş məşqçiliyinə iki ideal namizəd var – Qurban Qurbanov və Rəşad Sadıqov. Qurbanov Azərbaycan futbol tarixinin ən yaxşı məşqçisidir. Rəşada gəlincə, o, sizin futbolda böyük addır. Ona hörmət edirlər. Güclü xarakteri var. Bizim komandada elə bir futbolçuya ehtiyac vardı. Hesab edirəm ki, bu iki şəxs ən yaxşı namizəddir”.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
“Valensiya“ klubu satışa çıxarılIb
03.07.2020
“Qrizmann Messinin üzünə yumruqla vurmalıdır“
02.07.2020
“Çelsi“nin müdafiəçisi PSJ-yə keçir
02.07.2020
“Arsenal” baş məşqçisini istefaya göndərdi
02.07.2020
“Real“ın futbolçusu “İnter“də

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info