“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
Tarix: 27.05.2020 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü ilə Respublikada fəaliyyət göstərən aparıcı turizm qurumları Tərəfdaşlığının yaradılması və Assosiativ Memorandumun imzalanması çərçivəsində, təklif, tövsiyə və məsləhətləri ilə vahid platformadan çıxış edərək, turizm qurumlarının pandemiya və postpandemiya dövründəki fəaliyyətini müzakirə edərək, “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyasını hazırlayıb, təqdim edib.

Karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs edən konsepsiyada, vəziyyətdən çıxış yolları üçün konkret təkliflər göstərilir.

Konsepsiya Azərbaycanda 2025-ci ilə qədər daxili turizmin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən edir. Konsepsiya Azərbaycanın turizm potensialının qiymətləndirilməsinə əsaslanıb. Konsepsiya Respublikada turizm sahəsinin inkişafının hüquqi, təşkilatı və iqtisadi mühitinin yaranmasına istiqamətlənib. Konsepsiya, Azərbaycanda daxili turizmin inkişafını müəyyən edən sənəd olmaqla, gələcək planların, proqram və müxtəlif lahiyələrin həyata keçirilməsinə xidmət göstərə bilər.

“Biz nikbinik və əminik ki, Azərbaycanın tükənməz turizm potensialı, peşəkar turizm işçiləri, Azərbaycan turizmini bu çətin vəziyyətdən çıxaracaq və turizmi inkişaf etdirəcəkdir. Tərəfdaşlıq Memorandumuna qoşulan bütün turizm qurumları, daxili turizmin bərpası və inkişafı üçün konkret konsepsiya irəli sürür”, - bunu Azərbaycan Turizm Assosiasiyasınin rəhbəri Əhməd Qurbanov deyib.

Konsepsiya Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının, DAİR Hotellər və Restoranlar Assosiasiyasının, Ekskursiya - bələdçisi ” Klubunun, “ Kənd Yaşıl Turizminin İnkişafına Dəstək ” İctimai Birliyinin, "Skal International Baku" və “İctimai iaşə sahəsində maarifləndirmə ” İctimai Birliyinin nümayəndələrindən ibarət ekspert qrupunun dəstəyi ilə hazırlanıb.




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
05.07.2020
Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
03.07.2020
Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
01.07.2020
Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
30.06.2020
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
2 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
3 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
4 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
5 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info