“28 May - Azərbaycan tarixinin şanlı səhifəsi”
Tarix: 27.05.2020 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə 28 may - Respublika Gününə həsr olunmuş “28 May -Azərbaycan tarixinin şanlı səhifəsi” mövzusunda onlayn tədbir keçirilib.
Tədbir iştirakçılarını Respublika Günü münasibətilə təbrik edən moderator, Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söyləyib. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra Respublika Günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib, tələbələrin ifasında şeirlər səsləndirilib, AXC haqqında tarixi məlumatlar təqdim olunduqdan sonra “Bakı mənzərəsi” adlı rəsmin çəkiliş videotəqdimatı və “Xalq Cümhuriyyəti dövrundə Azərbaycan qadınları” mövzusunda məruzə iştirakçıların böyük marağına səbəb olub.
Kİmya fakültəsinin dekanı Abdulsəyid Əzizov, dekan müavini Fuad Kərimli və fakültə tələbə həmkarlar təşkilatının sədri Emin Qulusoy 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz müstəqilliyini möhkəmləndirdiyini, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldüyünü, bu gün respublikanın hərtərəfli və sürətli inkişafı naminə Ulu Öndər Heydər Əliyev ideyalarının cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.
Microsoft Teams platforması üzərindən təşkil olunmuş tədbir sualların cavablandırılması ilə yekunlaşıb.




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər
02.07.2020
Bakı Dövlət Universitetində məzun-əsgərlərlə onlayn görüş formatı
02.07.2020
Azərbaycan Texniki Universiteti magistrantların qeydiyyatı ilə bağlı ilkə imza atdı
02.07.2020
Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək
01.07.2020
Qlobal istiləşmə 6500 illik soyuqlaşmanı “ləğv etdi”

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info