Uşağın boğazı ağrıyırsa, ona dondurma verin
Tarix: 28.05.2020 | Saat: 12:09:00 | E-mail | Çapa göndər


Tanınmış pediatrın tövsiyəsi

Bizdə kiçik yaşlı işaqlara, boğazı tez-tez ağrıyan uşaqlara dondurma adətən verilmir və ya əridilmiş halda, kokteyl şəklində verilir.
Lakin tanınmış ukraynalı pediatr Yevgeniy Komarovskiy bunun səhv olduğunu qeyd edib.
Saglamolun.az bildirir ki, Komarovskinin sözlərinə görə, boğaz iltihabına meyilli olan uşaqlar dondurma mütləq yeməlidir: “Uşağın boğazı tez-tez ağrıyırsa, ona dondurma verilməlidir. Bu yerli immuniteti gücləndirir, onu məşq etdirir və nəticədə uşaq daha gec-gec xəstələnməyə başlayır”.
Həkim stomatit və həmçinin boğaz ağrısı zamanı uşağa dondurma verməyi tövsiyə edib. Bu diskomfort və ağrını azaltmağa yardım edir.
Həkim adi ağ plombirə üstünlük verməyi tövsiyə edir.
“Uşağa heç vaxt dondurma verməmisinizsə, 1 çay qaşığından gündə 3 dəfə başlayın. Uşaq dondurmanı ağzında bir qədər saxlamalıdır ki, badamcıqlara təsir etsin. Daha sonra dondurmanın miqdarını artırmaq olar”, - həkim bildirib.
Dondurma kalorili və şirin məhsuldur. Bu səbəbdən uşaqda artıq çəki, piylənmə və şəkərli diabet varsa, ona dondurma verməyi tövsiyə edilmir.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Kəklikotunun faydaları və zərəri
08.07.2020
Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
07.07.2020
Xərçəngin düşməni - Qocalmağı gecikdirən meyvə - VİDEO
06.07.2020
Böyrəkləri xəstə olanlara qarpız yemək faydalıdır yoxsa ziyanlı?
03.07.2020
Soğan qabıqları ilə unikal müalicə -VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
3 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
4 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
5 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info