Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
Tarix: 29.05.2020 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.


Deputat bildirib ki, bu plana əsasən, ilkin mərhələdə Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsi azad olunur:

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin məhz mərhələli şəkildə qaytarılması üzrə aparılır və həm Azərbaycan, həm də beynəlxalq vasitəçilər bu plan ətrafında sülh əldə olunmasını istəyirlər.

Təəssüf ki, işğalçı Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlar prosesində hələlik irəliləyişə nail olmaq mümkün olmayıb".

S.Mikayılova vurğulayıb ki, münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq Ermənistanın hazırkı siyasi rejimini tam qane edir və öz hakimiyyətini qorumaq üçün danışıqlar prosesinin mahiyyətini riyakarcasına təhrif edir, heç bir siyasi məntiqə sığmayan çaşdırıcı bəyanatlar verməklə sanki vaxt qazanmağa çalışır:

"Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmaması və həm Ermənistan, həm də Azərbaycan vətəndaşları üçün törətdiyi ağır fəsadlara görə işğalçı Ermənistan dövləti birbaşa məsuliyyət daşıyır.

Azərbaycan dövləti ədalətin bərpa olunması üçün bütün qanuni vasitələrdən istifadə edir və Dağlıq Qarabağ münaqişəsinin tarixi həllinə nail olmaq üçün bütün vacib addımlar atılacaq. Beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq".

Deputat təəssüflə qeyd edib ki, beynəlxalq hüququn kağız üzərində qalmış qərarlarının bəzi hallarda məhz hərbi güc sayəsində icra olunmasını müşahidə edirik: "Güc amili bir sıra demokratik dövlətlərin öz maraqlarının təmin olunmasında belə başlıca amil kimi çıxış edir.

Bu reallıq Azərbaycanı da münaqişənin həllində bütün vasitələrdən maksimum istifadə etmək, tarixi ədaləti bərpa etmək və beynəlxalq hüquq normalarını təmin etmək üçün hərbi güc faktorunu öndə saxlamağa səfərbər edir. Dövlətimizin amalı və məqsədi öz suverenliyini tam və birdəfəlik həll etməkdir.

Dağlıq Qarabağ münaqişəsinin həllində Prezident İlham Əliyevin mövqeyi birmənalı və qətidir – Qarabağ Azərbaycandır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər".




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
‘‘Ayasofyanın statusu ilә bağlı qәrar Türkiyәnin daxili mәsәlәsidir’’
13.07.2020
Azərbaycan şəhidlərinin qanı yerdə qalmayıb və onların qisası layiqincə alınır
13.07.2020
Azərbaycan Ordusu Ermənistanın istənilən təxribatına tutarlı cavab vermək iqtidarındadır
13.07.2020
“Ermənistanın məqsədi KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etməkdir, KTMT üzvləri bu hiyləni yaxşı başa düşür“
13.07.2020
Rusiyada başa düşürlər ki, provokator kimi çıxış edən məhz Nikol Paşinyan rejimi olub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
3 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info