XI sinif buraxılış imtahanlarında tapşırıqların strukturunda sadələşdirilmə aparılıb
Tarix: 29.05.2020 | Saat: 14:32:00 | E-mail | Çapa göndər



Tam orta təhsil səviyyəsi üzrə (XI sinif) bu il keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu il yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılıb.
Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24‑dən 12-yə endirilib.
İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

Azərbaycan (rus, gürcü) dili
- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.

Riyaziyyat

- Qapalı tipli 13 tapşırıq;
- Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;
- Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.

Xarici dil

- Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;
- Qapalı tipli 16 tapşırıq;
- Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
BDU Elmi Şurasının onlayn iclası keçirilib
14.07.2020
Azərbaycan dili imtahanlarının nəticələri elan edildi
14.07.2020
BDU-da akademik Abdulla Qarayevin yubileyinə dair onlayn dəyirmi masa keçirilib
14.07.2020
İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər
14.07.2020
AzTU adı Azərbaycan Texniki Universitetinin brendi kimi təsdiqləndi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
3 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
4 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
5 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info