Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
Tarix: 29.05.2020 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Koronavirus pandemiyası fonunda aprel ayında Rusiya iqtisadiyyatında 12 faizlik geriləmə müşahidə olunub.
Palitranews.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin son hesabatında məlumat verilib. Qeyd edilib ki, aprel ayında ən böyük eniş istehlakçı tələbinə yönəlmiş sektorlarda müşahidə edilib. Beləliklə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi illik 37,9 faiz azalıb. Bunun ilk növbədə istirahət, mədəniyyət və idman sahəsindəki məhdudiyyətlərlə, eləcə də məişət xidmətləri ilə əlaqədar olduğu bildirilib.
Pərakəndə ticarət dövriyyəsində 23,4 faiz azalma müşahidə olunub - burda isə qeyri-ərzaq məhsullarının seqmentində müşahidə olunan 36,7 faizlik azalmanın mühüm rol oynadığı bildirilib. Ayrıca olaraq, yeni avtomobillərin satışı da 72,4 faiz azalıb.
Bununla yanaşı, Nazirliyin məlumatına görə, artıq ikinci rübdə məhdudiyyətlər qaldırıldıqca ticarət dövriyyəsində azalmanın yavaşlayacağı gözlənilir.

İqtisadiyyatın digər əsas sektorlarında isə geriləmənin miqyası daha az olub. Ümumilikdə isə Rusiyada bu il iqtisadi geriləmənin 5 faiz təşkil edəcəyi proqnozlaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO
14.07.2020
Ermənistan itkilərini etiraf etməyə davam edir, daha iki nəfərin adı açıqlanıb
14.07.2020
Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz aparatı və döyüş heyəti məhv edilib
14.07.2020
Ermənistanın iki yüksək rütbəli zabiti öldürüldü
14.07.2020
Rusiyada son gündə 6248 nəfər koronavirusa yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
3 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
4 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
5 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info