MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib
Tarix: 29.05.2020 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Mayın 29-da MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iştirak edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər, 2030-cu ilədək Birliyin iqtisadi inkişaf Strategiyası layihəsini nəzərdən keçiriblər. Şura üzvləri, həmçinin koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizədə birgə səylərə dair fikir mübadiləsi aparıblar.
İclasda çıxış edən Azərbaycanın Respublikasının Baş Naziri Əli Əsədov gündəliyə daxil edilmiş məsələlərin əhəmiyyətinə toxunub. Baş Nazir koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə mümkün təsirlərin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə ölkəmizdə görülən təxirəsalınmaz tədbirlərdən danışıb. Bu xüsusda MDB-yə üzv dövlətlər tərəfindən pandemiyaya qarşı birgə səylərə dair qəbul ediləcək qərarın önəmini vurğulayıb.
Baş Nazir Əli Əsədov nəqliyyat sahəsinə investisiyaların yatırılması nəticəsində ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradıldığını, bu infrastrukturun onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında, həmçinin pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılmasında və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsində böyük rol oynadığını qeyd edib.
Ölkəmizin həm Birlik çərçivəsində, həm də beynəlxalq səviyyədə humanitar sahədə əməkdaşlığa böyük önəm verdiyi də qeyd edilib.
Çıxışının sonunda Azərbaycan Respublikasının Baş Naziri MDB məkanında həll edilməmiş münaqişələr məsələsinə toxunub, bunun regional əməkdaşlığın və MDB məkanında daha sıx qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə başlıca maneə olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
ABŞ hərbi eksperti Azərbaycanı dəstəkləyən statuslar yazıb
14.07.2020
Ermənilərin məqsədi bu münaqişəyə KTMT-ni, ilk növbədə, Rusiyanı cəlb etməkdir
14.07.2020
MN: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib-VİDEO
14.07.2020
Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir
14.07.2020
İranlı deputat Ermənistanın təxribatını pisləyən bəyanat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
3 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
4 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
5 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info