İri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur
Tarix: 29.05.2020 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, 31 may 2020-ci il saat 00:00-dan ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla).
Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.




 
Bölməyə aid digər xəbərlər
13.07.2020
Nazirlik: Hazırda Azərbacanda 300 mindən artıq vətəndaş ünvanlı sosial yardım alır
12.07.2020
Türkiyədə koronavirusdan sağalanların sayı 194 min nəfəri ötüb
11.07.2020
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
10.07.2020
Bu həftə sonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
10.07.2020
Virusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
3 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
4 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
5 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info