Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir
Tarix: 29.05.2020 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə göstərilən diqqət nümunəvi xarakter daşıyır. “Qobu Park-3” yaşayış kompleksinin açılışında Prezident İlham Əliyevin dediyi bu sözlər ölkəmizdə hər bir vətəndaşa fərdi qaydada göstərilən qayğının bariz nümunəsidir.

Bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova bildirib. O əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə salınmış yeni şəhərciklərdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək. Məcburi köçkünlər üçün salınmış “Qobu 3” yaşayış kompleksində işlər ən yüksək səviyyədə görülüb. Kompleksdə 960 şagirdlik məktəb fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Şəhərciklərdəki binaların kommunikasiyaları, təchizatı ən yüksək səviyyədə təşkil edilib, tibb məntəqəsi, ticarət obyektləri, yeni iş yerləri yaradılıb. Bu qəsəbələrin yaradılması onu göstərir ki, əgər iradə varsa, siyasət düzgün aparılırsa, istənilən təşəbbüs, gözəl ideya həyata keçər.

Milli Məclisin deputatı qeyd edib ki, kompleksin açılışının Respublika Gününə təsadüf etməsi rəmzi xarakter daşıyır, yalnız müstəqillik dövründə Azərbaycan öz potensialını böyük dərəcədə inkişaf etdirə bilib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların da dəfələrlə təsdiqlədiyi kimi, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət nümunəvi xarakter daşıyır. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir və son illər ərzində onlara verilən müavinətin həcmi 50 faiz artıb. Məcburi köçkünlərin sığındığı çadır şəhərciklərinin ləğv olunması böyük bir uğurdur, indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. J.Əhmədova vurğulayıb ki, dünyada iqtisadi və maliyyə böhranı hökm sürdüyü, neftin qiymətinin bir neçə dəfə kəskin düşdüyü şəraitdə məcburi köçkünlərlə bağlı heç bir layihədə yubanma və ixtisar olmadı. 2019-cu ildə məcburi köçkünlər üçün 5 minə yaxın ev-mənzil tikildi, bu il isə bütün çətinliklərə baxmayaraq, 7-8 min mənzilin məcburi köçkünlərə təhvil verilməsi nəzərdə tutulur.

“Lakin unutmayaq ki, yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra orada gözəl binalar, şəhərciklər tikiləcək, ermənilər tərəfindən dağılmış şəhərlərimiz yenidən qurulacaqdır. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək. Həmçinin işğaldan azad olunan Şıxarx qəsəbəsində böyük şəhərcik salınıb. Bütün bunlar dövlətin öz vətəndaşlarının hər zaman yanında olduğuna işarə edir”, - deyə Jalə Əhmədova bildirib.

Qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və birdəfəlik, tam həll olunmalıdır. Əminliklə deyə bilərəm ki, Azərbaycan ordusu istənilən vəzifəni icra etmək qüdrətindədir. Ermənistan tərəfinin hər dəfə danışıqları pozmaq və öz xalqını yalanlarla aldatmaq ritorikasına baxmayaraq, bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
15.07.2020
Qarabağa gedən yolu Milli Məclisin binasına daxil olmaqda görmək nə dinə, nə də demokratiyaya xidmət edir
15.07.2020
Azərbaycan Respublikası Milli Məclisi Aparatının məlumatı
14.07.2020
ABŞ hərbi eksperti Azərbaycanı dəstəkləyən statuslar yazıb
14.07.2020
Ermənilərin məqsədi bu münaqişəyə KTMT-ni, ilk növbədə, Rusiyanı cəlb etməkdir
14.07.2020
MN: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib-VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
3 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info