Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
Tarix: 29.05.2020 | Saat: 23:18:00 | E-mail | Çapa göndər





"Şübhəsiz ki, biz birlikdə koronavirusun neqativ nəticələrinin öhdəsindən daha sürətlə gələ bilərik"
MDB ölkələri enerji bazalarında konyunkturadan asılılığı azaltmalıdır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin MDB hökumət başçılarının Şurasının iclasında bildirib.
"Əminəm ki, MDB-yə üzv bütün ölkələr qlobal enerji bazarlarında konyunkturadan asılılığı azaltmalıdır. Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi bizim iqtisadiyyatlarımızın əksər sahələrinə təsir edib", - deyə Mişustin vurğulayıb.

O qeyd edib ki, bu şəraitdə ölkələr arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi olduqca önəmlidir:

"Bu hədəflər MDB-nin 2030-cu ilə qədər iqtisadi inkişaf strategiyaları layihəsində yer alıb. Bu layihə bizim ölkələrin iqtisadi mövqelərinin möhkəmləndirilməsinə, mal-məhsulların rəqabətədavamlılığının artırılmasına, sənaye sektorları və xidmət sektorlarının inkişafına, ən əsası isə birlik ölkələrinin sakinlərinin rifahının yaxşılaşmasına yönəlib".

Mişustin, həmçinin vurğulayıb ki, heç də asan olmayan iqtisadi şəraitdə strategiyaların qəbulu bütün ölkələrin ümumi maraqlarındadır: "Şübhəsiz ki, biz birlikdə koronavirusun neqativ nəticələrinin öhdəsindən daha sürətlə gələ bilərik".





 
Bölməyə aid digər xəbərlər
15.07.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 33 mini keçib, 592 nəfər ölüb
14.07.2020
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO
14.07.2020
Ermənistan itkilərini etiraf etməyə davam edir, daha iki nəfərin adı açıqlanıb
14.07.2020
Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz aparatı və döyüş heyəti məhv edilib
14.07.2020
Ermənistanın iki yüksək rütbəli zabiti öldürüldü

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
3 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
4 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
5 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info