Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb
Tarix: 30.05.2020 | Saat: 13:43:00 | E-mail | Çapa göndər


"Ləki stansiyası - Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə start verilib və tikinti-quraşdırma işlərinin 70%-i tamamlanıb".
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyi şöbəsindən bildirilib.
Məlumata görə, dəmir yolu xətti ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,49 km-dir. Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 m) və tökmələrdən (12 m) keçir. Ümumilikdə dəmir yolu xəttinin torpaq yatağının 98%-i və 23.24 km dəmir yolunun üst quruluşu üzrə tikinti-quraşdırma işləri tamamlanıb. Layihə üzrə 122 ədəd (7 ədəd körpü, 1 ədəd yolötürücü, 6 ədəd avtomobil alt keçidi, 2 ədədi heyvan keçidi və 106 ədəd suötürücü boru) suni mühəndisi qurğusu var və bunlardan 6 ədəd avtomobil alt keçidinin, 2 ədəd heyvan keçidinin və 103 ədəd suötürücü borunun inşası tamamlanıb. Həmçinin layihə üzrə nəzərdə tutulan Ağdaş dəmiryolu dayanacağı və Qəbələ dəmiryolu stansiyalarının tikintisi işləri davam etdirilir. Ağdaş dəmir yolu dayanacağının platformasının dəmir-beton konstruksiyasının tikintisi tamamlanıb, Qəbələ stansiya binasında, dəmir yolu platformalarında və yeni Qəbələ dartı yarımstansiyasında tikinti işləri davam etməkdədir. Həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri davam etdirilir.
Yağış sularının torpaq yatağından kənarlaşdırılması məqsədi ilə layihədə 13 300 paqon metr beton qanov nəzərdə tutulub və 2 200 paqon metr hissəsinin tikintisi yekunlaşdırılıb. Torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə layihə üzrə uzunluqları 150 paqon metr və 127 paqon metr olan iki istinad divarı nəzərdə tutulub və 127 paqon metr olan istinad divarının tikintisi başa çatdırılıb.
10kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xəttinin və kontakt dirəklərinin quraşdırılması işləri davam etdirilir. Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı xəbər boyunca 84 600 paqon metr metal hasarın çəkilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Çexiya və Azərbaycan enerji sahəsində əməkdaşlıq barədə saziş imzalayacaq
02.07.2020
AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir
01.07.2020
“AzerGold” ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
01.07.2020
COVİD-19-dan sığortalanmaq mümkündürmü?
01.07.2020
Azərbaycanda siqaret bahalaşıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info