Tədqiqatçı: Ulu öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ikinci dəfə qayıdışı dövlətçilik tariximizin şanlı səhifələrindəndir
Tarix: 30.05.2020 | Saat: 13:45:00 | E-mail | Çapa göndər


Ulu Öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ikinci dəfə qayıdışı dövlətçilik tariximizin şanlı səhifələrindən biri kimi qeyd olunur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bunu Trend-ə AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.
Heydər Əliyevin fəaliyyəti barədə danışan alim qeyd edib ki, ümummili lider 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olub, elə həmin ildə də ona general-mayor rütbəsi verilib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifələrində çalışıb. 1982-ci ilin dekabrından isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib: "Ümummili lider Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, xüsusilə də SSRİ-nin ayrı seçkilik siyasətinə qarşı çıxan Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verdi. Ümumiyyətlə, o dövrlə bağlı sənədlərə və tarixi faktlara nəzər yetirdikdə görürük ki, Heydər Əliyevin Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, Dağlıq Qarabağ və Azərbaycana qarşı məsələ qaldırsınlar. Buna görə də ermənilər və onlara dəstək olan qüvvələr Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindən yüksək vəzifələrdən gedəndən sonra həm Azərbaycana, həm də Heydər Əliyevə qarşı kampaniyaya başladılar. Əlbəttə, xüsusilə yuxarıda qeyd etdiyimiz kimi, böyük siyasi təcrübəyə sahib və müxtəlif rəhbər vəzifələrdə öz peşəkarlıq təcrübəsi sayəsində çalışmış bir şəxsin hakimiyyətdən getməsində, o zamankı SSRİ rəhbərliyi, həm də həmin d Azərbaycan rəhbərliyi heç də maraqlı deyildilər. Onlar bilirdiilər ki, Heydər Əliyevli “siyasi oyunlar” oynamaq qeyri-mümkündür". S.Talıblı bunu da əlavə edib ki, Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığını deyən tarixçi, xalq tərəfindən Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbinin irəli sürüldüyünü söyləyib: "Azərbaycanın o dövrdəki rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Prezidenti seçildi. Ölkəmizin tarixinə nəzər yetirdikdə, hər birimiz şahid oluruq ki, güclü idarəetmə olduqda xalqın maraqları təmin olunur. Bu baxımdan Heydər Əliyevin müəyyən dövr ərzində hakimiyyət olmaması özünü açıq-aydın biruzə verib".




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Prezident İlham Əliyev: Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi
01.07.2020
Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb
01.07.2020
BMT rəsmisindən müraciət: “Bunu Azərbaycan üçün edin“ - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info