Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
Tarix: 30.05.2020 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Analitik Ehtiram Aşırlı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox aktual fikirlər səsləndirməklə yanaşı Azərbaycan ordu quruculuğundan da bəhs edib.
“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik... Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır.” Göründüyü kimi, Azərbaycan Prezidentinin cavabı qətidir – məsələ yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə tam həllini tapa bilər!
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirilən son xidməti müşavirədə ölkə başçısının sözlərinə istinad edərək bildirib ki, “Silahlı Qüvvələrin Ali Baş Komandanının bu fikirləri ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır. Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq.”
Müdafiə nazirinin bu açıqlaması qırmızı xətti aşan, uydurma “seçkilər” və “and içmə” mərasimi keçirən işğalçı ölkənin rəhbərliyinə sərt xəbərdarlıqdır.
Nazirinin də qeyd etdiyi kimi Azərbaycan Ordusunun bu dəfə atacağı addımlar işğalçı ölkənin məhvinə səbəb olacaq. Xüsusilə, son illərdə Azərbaycanın ordu quruculuğunda əldə olunmuş nailiyyətlər bunu deməyə əsas verir. Bu gün Azərbaycan Ordusunu möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti səciyyələndirir. Ordumuz ən müasir silah və hərbi texnika ilə təchiz edilib.
Azərbaycan Ordusu tərəfindən keçirilən genişmiqyaslı təlimlər işğalçı ölkəni təşviş içərisində saxlayır. Azərbaycan Ordusunun vahid komandanlıq altında idarə olunması, əsgərinin cəsarəti, müasir texnikalar, güclü və yeni silahlar - bunların hər biri Ermənistan ordusu üzərində tam əminliklə qələbə qazanmağımıza dəlalət edir.
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır. Biz yaxın vaxtlarda münaqişə ilə bağlı vəziyyətin sülh yolundan digər məcraya keçəcəyinin şahidi ola bilərik. Düşmənə qarşı irimiqyaslı tədbirlərin görülməsi artıq qaçınılmazdır. Ermənistan tərəfinin təxribat xarakterli bəyanatları ölkəmizi buna vadar edir. Çünki, Ermənistan rəhbərliyi bu cür məsuliyyətsiz hərəkəti ilə Azərbaycan tərəfinə başqa seçim qoymur. Gec-tez nəyin bahasına olursa olsun ədalət bərpa ediləcək. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının həyata keçiridiyi daxili və xarici siyasəti, Azərbaycan Ordusu və xalqımızın qətiyyətli iradəsi nəticəsində baş verəcək.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
‘‘Ayasofyanın statusu ilә bağlı qәrar Türkiyәnin daxili mәsәlәsidir’’
13.07.2020
Azərbaycan şəhidlərinin qanı yerdə qalmayıb və onların qisası layiqincə alınır
13.07.2020
Azərbaycan Ordusu Ermənistanın istənilən təxribatına tutarlı cavab vermək iqtidarındadır
13.07.2020
“Ermənistanın məqsədi KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etməkdir, KTMT üzvləri bu hiyləni yaxşı başa düşür“
13.07.2020
Rusiyada başa düşürlər ki, provokator kimi çıxış edən məhz Nikol Paşinyan rejimi olub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
3 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
4 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
5 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info