Ağ ev çinli tələbələrin ABŞ-a girişini dayandırıb
Tarix: 30.05.2020 | Saat: 21:49:00 | E-mail | Çapa göndər





Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) böhranı dövründə tərəflər arasında münasibətlərdə soyuqluq daha da çoxalıb.
Ağ ev Çindən olan bəzi tələbələrin, xüsusən də doktorantura təhsili alanların və tədqiqatçıların ABŞ-a daxil olmasını qadağan edib.
AZƏRTAC xəbər verir ki, Ağ evin məsələ ilə bağlı yaydığı bəyanatda həmin şəxslər ABŞ-ın yüksək texnologiyalar sahəsində intellektual mülkiyyətini oğurlamaqda ittiham edilir. İyunun 1-dən qüvvəyə minəcək qadağanın təxminən 3-3,5 min çinli tələbəyə şamil ediləcəyi güman olunur.
Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien bildirib ki, bu cür davranış iki ölkə arasında mədəni münasibətlərə zərər vura bilər. O, ABŞ tərəfini çinli tələbələrə qarşı hər hansı məhdudiyyət tətbiq etməyi dayandırmağa çağırıb.
Çin tərəfi ABŞ-ın ali təhsil ocaqlarının da bu qərara qarşı çıxacağına ümid edir. Qeyri-rəsmi məlumata əsasən, hazırda Birləşmiş Ştatlarda ildə təxminən 360 min çinli təhsil alır ki, onların ümumi xərcləri 14 milyard ABŞ dollarından çoxdur.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) böhranı dövründə tərəflər arasında münasibətlərdə soyuqluq daha da çoxalıb.





 
Bölməyə aid digər xəbərlər
07.07.2020
ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb
06.07.2020
Nigeriyada qayıq batıb, ölәnlәr var
06.07.2020
Yunanıstana keçmәyә cәhd göstәrәn 42 qaçqın saxlanılıb
06.07.2020
Yaponiyada daşqın qurbanlarının sayı artır
06.07.2020
Pakistanda koronavirusdan ölənlərin sayı 4762 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
3 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
4 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
5 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info