Türkiyədəki azərbaycanlı gənclərin onlayn forumu keçirilib
Tarix: 30.05.2020 | Saat: 21:57:00 | E-mail | Çapa göndər



Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Türkiyənin müxtəlif vilayətlərindən tələbə birliklərin rəhbərlərinin və tələbələrin, ziyalıların, dövlət qurumları təmsilçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ilk dəfə Türkiyədəki azərbaycanlı gənclərin videoformatda forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov, ölkəmizin Qarsdakı baş konsulu Nuru Quliyev, Azərbaycan Ankaradakı səfirliyinin birinci katibi Elçin Allahverdiyev, Türkiyənin YTB qurumunun sədr müavini Sayit Yusuf, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli və Parlament Jurnalistləri İctimai Birliyinin rəhbəri Elşad Eyvazlı və digər nüfuzlu şəxslər forumda iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himni səsləndirilib, sonra cümhuriyyətimizin qurucularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rəsmi çıxışlardan sonra AGAH sədri Təbriz Raufoğlu təxminən beş saat nəzərdə tutulan forumun məram və məqsədləri ilə bağlı ümumi məlumat verib.
Komitə sədrinin birinci müavini Valeh Hacıyev 28 May-Respublika Günü münasibətilə gəncləri təbrik edərək onları Azərbaycan dövlətinin maraqları çərçivəsində daha da həmrəy olmağa dəvət edib.
YTB-nin sədrinin müavini Sait Yusuf çıxışında qeyd edib ki, təmsil etdiyi təşkilat hər zaman Türkiyədə təhsil alan azərbaycanlı tələbə-gənclərin yanında olub.
Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışında iki ölkə əlaqələrinin inkişafında gənclərin rolundan bəhs edib və bəyan edib ki, Türkiyədəki azərbaycanlı gənclərin hər tərəfli əlaqələnməsi üçün əlindən gələn bütün dəstəyi verməyə hazırdır.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ifadə edib ki, gələcəkdə də gənclərin bütün təklif və təşəbbüslərinə dəstək verməkdə qərarlıqdır.
Baş konsul Nuru Quliyev də tələbə-gənclərə bayram təbriklərini çatdıraraq gənclər arasında vahid koordinasiyaya mərkəzinə ehtiyac olduğunu ifadə edərək bildirib ki, bu təşəbbüsün həyata keçməsi üçün konsulluğun dairəsinə daxil olan vilayətlər üzrə hər cür dəstək verə bilər.
Azərbaycan Ankaradakı səfirliyinin birinci katibi Elçin Allahverdiyev tələbə-gənclərə verilən çoxistiqamətli dəstəkdən bəhs edib.
Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli tələbə-gənclərin üçrəngli bayrağımızı həmişə uca tutmağa səsləyib.
Sonra forumun digər iştirakçılarının çıxışları olub. Gənclərin təhsil, həyat və karyerası ilə bağlı təkliflər ətrafında müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
Narınclar kəndinin nisbi mühasirəsi necə yarıldı?
07.07.2020
Azərbaycan Prezidenti: Biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik
06.07.2020
Azərbaycan Prezidenti: Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır
06.07.2020
Prezident: Ermənistan yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışır
06.07.2020
Azərbaycan Prezidenti: Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
3 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
4 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
5 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info