Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
Tarix: 30.05.2020 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


İnsanların bir çoxu fəsildən asılı olmayaraq dodaq quruluğundan əziyyət çəkirlər. Belə hallarda bəzən qızartı, çatlar da müşahidə edilir.
Dodaqlarda bu problemlər nədən yarana bilər?


Saglamolun.az. e-tibb.az-a istinadən bildirir ki, dermatoloq, uzman həkim Mehdi İskəndərli dodaqda quruluq səbəbi ilə həkimə müraciət edən dəri xəstələrin sayının olduqça çox olduğunu bildirib. Onun sözlərinə görə, müraciət edən xəstələrdə adətən dodaqlarda qabıqlanma və qaşıntı əlamətləri, bəzilərində əlavə olaraq dodaqlarda qızartı şikayətləri də olur. Dodaq kənarlarında ağrılı çatlar quru dodaq problemi ilə üst-üstə düşə bilər. Belə xəstələrdə qidalanma zamanı dodaqlarda ağrı, yanma və göynəmə fonunda ümumi diskomfort hissinin yaranması mümkündür.

Həkim vurğulayıb ki, dodaqların quruluğu bir çox ekzogen və endogen səbəbdən yarana bilər. Ekzogen səbəblər dedikdə daxili orqan və sistemlərin patologiyaları fonunda dodaq xəstəlikləri nəzərdə tutulur. Buraya gastroenteroloji, endokrinoloji, revmatoloji, onkoloji, psixiatrik, nevroloji və digər xəstəlikləri aid etmək olar.

Həkim şübhə etdiyi təqdirdə bu cür sistem müayinələrini başlada bilər.

Mütəxəssis qeyd edib ki, dodaqda quruluq səbəbi həm də ekzogen faktorlara bağlı ola bilər. Havada quraqlıq, Günəşin ultrabənövşəyi şüaları, küləkli hava, soyuq hava, mexanki təkrarlanan travmalar və s. aiddir.

Ekzogen səbəblərin çox olduğunu deyən dermatoloq, bildirib ki, bəzi dəri xəstəlikləri birbaşa quru dodaq problemi yarada bilər. Onun sözlərinə görə, ümumiyyətlə, dodaq xəstəlikləri bir çox hallarda dodaqlarla məhdudlaşır.

M.İskəndərli, dodaqların quruması problemi ilə bərabər dodaqlarda şişmə, irinləmə, eroziv yaralar, axıntı şikayətlərinin olduğunu da bildirib və qeyd edib ki, əgər bu əlamətlər yoxdursa o zaman dodaq qurumasının daha bəsit səbəblərdən meydana gəldiyini düşünmək olar.

Dermatoloq bildirib ki, dodaqda quruluq səbəbi nə olursa olsun bu problemin çarəsi var. Səbəb tapıldıqdan sonra hətta dodaq quruluğunun tam müalicəsi belə mümkündür.




 
Bölməyə aid digər xəbərlər
06.07.2020
Böyrəkləri xəstə olanlara qarpız yemək faydalıdır yoxsa ziyanlı?
03.07.2020
Soğan qabıqları ilə unikal müalicə -VİDEO
03.07.2020
Mütəxəssisdən xəbərdarlıq: Antibiotiklərdən yanlış istifadə xərçəng yarada bilir
30.06.2020
Evdə müalicə olunan COVİD-19 xəstələri dərmanlarla təmin olunacaq
29.06.2020
“Gün gələcək, dünyamızı COVİD-19 adlanan böyük bəladan qurtaracağıq”

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
3 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
4 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
5 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info