Uzun müddət tibbi maska taxmağın neqativ təsiri
Tarix: 30.05.2020 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


“İnsanın dərisi istənilən əlcəkdən daha yaxşı qoruyur. Ona görə bütün günü əlcəkdə olmaq zərərlidir. Açıq havada maska taxıb gəzmək, qaçmaq isə enfizema yarada bilər”
Bu sözləri Seçenov adına universitetin virusologiya və immunologiya kafedrasının müdiri Vitaliy Zverev deyib.
O, koronavirusdan qorunmaq üçün rezin, dəri, tibbi əlcəklərin taxılmasının əllərin dərisi üçün zərərli olduğunu və onun balansını, qoruyucu təbəqəsini zəiflədib, göbələk xəstəliklərinə yol açacağını bildirib. Əllərdə göbələk və travma isə istənilən virusun ordan bədənə keçməsinə zəmin yaradır.
Ona görə də ən gözəl müdafiə öz dərinizdir. Sadəcə onu tez-tez sabunla yuyun və ağzınıza toxundurmayın.
“Koronavirusun səthlər, əşyalar üzərində çox qalması, yaşaması mümkün deyil. Çünki o havada, ətraf mühitə az davamlıdır. Poliomielit tip viruslar daha çox davamlıdır.
Ona görə açıq havada maska və əlcək taxılması mənasızdır. Əlcəyin, maskanın üzərinə havada olan toz, allergen, göbələk, başqa bakteriyalar qona bilər, maskadan burnumuza keçə bilər, bu isə başqa xəstəliklərə yol açır.
Mən küçədə anaların uşağın ağız burnunu maska ilə tıxadığını görürəm, anaya sual verirəm. Kim sonra uşağı ağciyər emfizemasından müalicə edəcək? Küçədə virus uçmur. Sadəcə ətrafdakı insanlarda 2 metr aralı dayansaz bəs edər”. /Medicina.az/




 
Bölməyə aid digər xəbərlər
06.07.2020
Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
06.07.2020
Zərdabi irsinin təbliği məqsədilə online videokonfranslar uğurla davam etdirilir
06.07.2020
Səhiyyə Nazirliyi ölkədə COVİD-19-la mübarizə məqsədi ilə 39 ərazi tibb məntəqəsi yaradıb
06.07.2020
AQTA 68 müəssisədə kobud qayda pozuntusu aşkarladı
05.07.2020
Bu şəhər və rayonlarda yaşayanlara da 190 manat veriləcək - Nazir açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
3 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
4 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
5 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info