Dünyada sosial şəbəkələrlə bağlı real vəziyyət Trampın qərarının tam əsaslı olduğunu göstərir
Tarix: 31.05.2020 | Saat: 10:03:00 | E-mail | Çapa göndər


Sosial şəbəkələrin tənzimlənməsi haqqında ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmanın mahiyyəti ondan ibarətdir ki, artıq sosial media platformaları öz istifadəçilərinin paylaşdığı məlumatların məzmununa görə məsuliyyət daşıyacaqlar. Yəni daha sadə dildə və konkret nümunə ilə ifadə etsək, hər hansı bir Tvitter istifadəçisi təxribat xarakterli çirkli informasiyalar paylaşırsa, “Twitter” şirkəti buna görə məsuliyyət daşıyacaq. Hələlik sözügedən fərmandan irəli gələn texniki və hüquqi prosedur qaydaları haqda detallı məlumat yoxdur.

Ümumi olaraq onu deyə bilərik ki, artıq sosial şəbəkələr özləri əvvəlcədən profilaktik tədbirlər görərək, ABŞ seqmentində dezinformasiya yayan hesabları bloklamalı olacaqlar. Əks halda, külli miqdarda cərimə, hətta bloklanma təhlükəsi ilə üzləşə bilərlər. Təsadüfi deyil ki, Tramp son müsahibəsində hüquqi imkanları olsa, ABŞ-da “Twitter”ə girişi bloklayacağını da ifadə etmişdi. Əslində elə məlum fərman da sosial şəbəkələrin fəaliyyətinə dövlət müdaxiləsinin təşkil olunması üçün hüquqi zəmin yaratmaq məqsədi daşıyır.

Trampın bu təşəbbüsü dünyanın əksər ölkələrində böyük rəğbətlə qarşılanıb. Çünki son dövrlər sosial şəbəkələrin fəaliyyəti ciddi qınaq obyektinə çevrilib. Sosial şəbəkələr söyüş, qeyri etik davranış, terrora, qarşıdurmaya çağırış platforması kimi istifadə olunur. Ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmalarının təşkili və xalqla iqtidarların toqquşması kimi pozucu fəaliyyətlər buradan idarə olunur. Belə demək mümkünsə, dünyada sosial şəbəkələrlə bağlı real vəziyyət Trampın fikirlərinin və qərarının tam əsaslı olduğunu göstərir. Bu baxımdan, hesab edirəm ki, ABŞ-dan sonra digər dünya dövlətləri də anoloji qərarlar qəbul etməli və sosial media cinayətkarlıqlarına qarşı beynəlxalq mübarizə kampaniyası geniş vüsət almalıdır.

Artıq beynəlxalq və ölkələr səviyyəsində bu istiqamətdə iş görməyin, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul etməyin tam zamanıdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqı və dövləti də vaxtaşırı olaraq sosial şəbəkələrin ən mənfi təsirlərinə məruz qalır. Sosial şəbəkələr üzərindən Azərbaycan xalqını kütləvi itaətsizliyə, hətta terror aktları törətməyə çağırış edən paylaşımların şahidi oluruq. Ən pisi də odur ki, həmin çağırışları edən profil və səhifələr heç bir məhdudiyyət tədbirlərinə məruz qalmadan indi də rahatca fəaliyyət göstərirlər. Bu baxımdan, sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi ilə bağlı qlobal tendensiyanın başlanması bizim üçün də arzuolunandır.

Politoloq
Ceyhun Əhmədli




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Prezident İlham Əliyev: Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi
01.07.2020
Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb
01.07.2020
BMT rəsmisindən müraciət: “Bunu Azərbaycan üçün edin“ - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
3 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
4 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
5 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info