Jurnalistləri robotlar əvəz edir
Tarix: 31.05.2020 | Saat: 14:10:00 | E-mail | Çapa göndər


“Guardian” qəzetinin yazdığı məlumata görə, “Microsoft” şirkəti süni intellekt proqramı sisteminə keçdikdən sonra 27 jurnalisti işdən azad edib. Planlarından bəhs edərkən şəxsi MSN websaytında avtomatlaşdırılmış sistemdən istifadə etməyə qərar verdiyini vurğulayan şirkət, bəzi jurnalistlərini robot işçilərlə əvəz etdiyini etiraf edib.
Xatırladaq ki, hazırda saytın başlıqları və şəkil seçimləri real jurnalistlər tərəfindən aparılsa da, bir çox ABŞ və İngiltərə mətbuatında gündəlik yer alan xəbər, həyat hekayələri və sairə məlumatlar artıq robot jurnalistlər tərəfindən idarə olunur. “Guardian” qəzetinin yazdığına görə, qərar tam reallaşdıqdan sonra 50-yə yaxın müqaviləli xəbər istehsalçısı işini itirəcək. Lakin jurnalistlərdən ibarət bir qrup heyət fəaliyyətini davam edə biləcək. Hazırda müqavilələrinə son qoyulmuş jurnalistlərdən biri deyib: “Aparatları bizdən üstün tutmaları, əlbəttə, qəlbimizə toxunur. Ancaq zaman bunu tələb edir”. O bu qərarın riskli olduğunu və gələcəkdə yersiz məqalələrin çap ediləcəyindən böyük narahatlıq yaşadıqlarını vurğulayıb. “Microsoft” şirkətinin məsul işçisi digər şirkətlər kimi işlərini müntəzəm olaraq qiymətləndirdiklərini və qərarın mövcud pandemiya ilə əlaqəli olmadığını xüsusi olaraq bildirib.




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
Afrikada fillər kütləvi şəkildə ölür
06.07.2020
Türkiyənin tibbi və ətirli bitki ixracatında ilk sıralardadır
06.07.2020
Qaralmış bananı atmayın - Faydası daha çoxdur
05.07.2020
Hindistanın bir əyaləti it əti satışını qadağan etdi
04.07.2020
Türkiyənin Saç Muzeyi gələnləri ovsunlayır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
3 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
4 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
5 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info