Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirildi
Tarix: 31.05.2020 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə final turu 11 iyun tarixində keçiriləcək. Səbəb iyunun 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının təşkili ilə əlaqədardır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, daha əvvəl iyunun 7-də kimya fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, biologiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, informatika fənni üzrə Bakı Mühəndislik Universitetində final turunun keçirilməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, iyunun 5-də riyaziyyat fənni üzrə final turu Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, fizika fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, iyunun 9-da isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, coğrafiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, tarix fənni üzrə isə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək.

Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq.

Fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, uğur qazanmış şagirdlər final turunda iştirak hüququ qazanıblar. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər nəzərə alınacaq və həyata keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər
02.07.2020
Bakı Dövlət Universitetində məzun-əsgərlərlə onlayn görüş formatı
02.07.2020
Azərbaycan Texniki Universiteti magistrantların qeydiyyatı ilə bağlı ilkə imza atdı
02.07.2020
Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək
01.07.2020
Qlobal istiləşmə 6500 illik soyuqlaşmanı “ləğv etdi”

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info