UNEC-in 90 illik yubileyi ərəfəsində 9-cu ikili diplom proqramı
Tarix: 31.05.2020 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb.
UNEC-in rektoru, professor Ədalət Muradov və Rusiya Ali İqtisadiyyat Məktəbi MTU-nun rektoru Yaroslav Kuzminov arasında imzalanan ikili diplom müqaviləsinə əsasən, “Maliyyə”, “Mühasibat uçotu və audit”, “İqtisadiyyat”, “Marketinq” və “Menecment” ixtisaslarının bakalavrları proqramda iştirak edə biləcəklər. Tələbələr ikili diplom proqramına I kursun ikinci semestrindən qoşulacaqlar. Proqramı uğurla bitirərək UNEC-dən məzun olan bakalavrlar 4 ilə hər iki universitetin diplomunu əldə edəcəklər. Müqavilədə müəllim və tələbələrin akademik mübadilədə iştirakı da nəzərdə tutulub.
Beləliklə, UNEC-in xarici universitetlərlə ikili diplom proqramlarının sayı 9-a yüksəlmiş oldu. Xatırladaq ki, UNEC bakalavr səviyyəsi üzrə Fransanın Montpellier Universiteti, Fransanın ICD Beynəlxalq Biznes Məktəbi və Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə, magistr səviyyəsi üzrə isə ABŞ-ın Linkoln Universiteti, Fransanın Montpellier Universiteti, Litvanın Mikolas Romeris Universiteti və İsveçrənin UBİS universiteti (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) ilə ikili diplom proqramları həyata keçirir. Eləcə də bakalavr səviyyəsi üzrə Böyük Britaniyanın London Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) beynəlxalq proqramına qoşulub, Qərbi Makedoniya Universiteti ilə isə birgə magistr proqramı reallaşdırır.




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər
02.07.2020
Bakı Dövlət Universitetində məzun-əsgərlərlə onlayn görüş formatı
02.07.2020
Azərbaycan Texniki Universiteti magistrantların qeydiyyatı ilə bağlı ilkə imza atdı
02.07.2020
Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək
01.07.2020
Qlobal istiləşmə 6500 illik soyuqlaşmanı “ləğv etdi”

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info