Hər uşaq öz yaş dövrünə uyğun hüquqlarına bələd olmalı və istismardan qorunmalıdır
Tarix: 01.06.2020 | Saat: 09:49:00 | E-mail | Çapa göndər


Gənc ictimai xadim Aqil Acalovun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təbriki

Gənc ictimai xadim, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ünvanladığı təbrikdə yazır:
Uşaqlar - sabahımız və gələcəyimizdir... Hər birimiz sabahımıza böyük ümidlərlə yanaşır, böyük arzular qururuq. Ümidlərimizin doğrulması və gələcəyimizin parlaq olması üçün ilk öncə özümüzdən, daha dəqiq desək, uşaqlarla ünsiyyətimiz, onlara qayğımızdan başlamalıyıq. Çünki hər zaman deyildiyi kimi uşaqlar deyilənə qulaq asıb əmək etməkdən çox, gördüklərini təkrarlayırlar.
Vətənimizin hər bir övladı bizim hər birimizin övladıdır. Onlara milli mənəvi dəyərlərimizin aşılanması, dünya görüşlərinin artırılması, yüksək insani keyfiyyətlərin təlqin olunması yerinə yetirilməsi vacib olan amillərdir.
Sağlam gələcək üçün bu gün sahib olduğumuz ən zərif və ən qiymətli sərvət uşaqlardır. Sağlamlıq dedikdə həm fiziki, həm mənəvi sağlamlıq üçün çalışmaq gərəkdir. Sözsüz ki, uşaqlar arasında fiziki və ya əqli məhdudiyyəti olanlar var, lakin onlar heç zaman cəmiyyətdən təcrid olunmamalı və sahib olduqları digər potensiallar üzə çıxarılaraq cəmiyyətə inteqrasiyaları üçün şərait yaradılmalıdır.
Sözsüz ki, bugün dövlətimiz uşaqların inkişafı və qorunması üçün lazımi bütün tədbirləri görür. Lakin biz vətəndaşlar da hər birimiz öz mövqeyimizi fərdi şəkildə ortaya qoymalı, bu işdə dövlət başçısı və onun yeritdiyi siyasət ətrafında sıx birləşməli, qayğıya və sevgiyə hamıdan çox ehtiyacı olan uşaqlar üçün tutarlı işlərə imza atmalıyıq.
Bu gün yetişməkdə olan uşaqların hər biri öz yaş dövrünə uyğun şəkildə hüquqlarına bələd olmalı və istismardan qorunmalıdır.
Sabah həyata sağlam və əmin addımlarla bağlanan bir gənc kimi formalaşmaları üçün bugün biz uşaqlarımıza sağlam əqidəyə, vətənpərvər ruha, ümumbəşəri dəyərlərə köklənməyə əsaslanan bünövrə qoymalıyıq.
Uşaqları qoruyaq və doğru yetişdirmək üçün əlimizdən gələni əsirgəməyək ki, sabaha ümidlərimiz və parlaq gələcəyə inamımız daha əmin olsun.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi və şəxsim adına ən qiymətli sərvətimiz olan balalarımızı və valideynləri təbrik edir, daim inkişafda olan Azərbaycanın övladlarımıza bağlı gələcəyinin ümid dolu və işıqlı olmasını diləyirəm.




 
Bölməyə aid digər xəbərlər
12.07.2020
Türkiyədə koronavirusdan sağalanların sayı 194 min nəfəri ötüb
11.07.2020
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
10.07.2020
Bu həftə sonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
10.07.2020
Virusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb
10.07.2020
XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırova qarşı üç maddə ilə ittiham irəli sürülüb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
3 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
4 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
5 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info