Azərbaycan beynəlxalq elmi-nəzəri onlayn videokonfransda təmsil olunub
Tarix: 01.06.2020 | Saat: 10:11:00 | E-mail | Çapa göndər


Özbəkistanda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən “Orta Asiyanın mədəni həyatı, humanitar elmlərin inkişafının aktual problemləri" adlı beynəlxalq videokonfrans keçirilib.
Videokonfransda dünyanın bir çox ölkələrini təmsil edən 100-dən çox alim, professor, tədqiqatçılar, nüfuzlu elm, tədqiqat mərkəzləri, xüsusilə Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutu, M. Auezov adına Cənubi Qazaxıstan Dövlət Universiteti, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu aktiv iştirak ediblər. Konfransda Özbəkistan, Azərbaycan, Türkiyə, ABŞ, İtaliya, Rusiya, Qazaxıstan və Tacikistandan olan alimlər elmi məruzələrlə çıxış ediblər.
Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov videokonfransın açılışında giriş sözü ilə çıxış edərək konfransın keçirilməsinin əhəmiyyətindən, rəhbərlik etdiyi universitetin Özbəkistanın, habelə regionun mədəni həyatında, qonşu ölkələrlə əməkdaşlıq, dostluq, qarşılıqlı faydalı münasibətlərin qurulması və inkişafında rolundan danışıb. Mərkəzi Asiya və region dövlətləri ilə etibarlı təmasların qurulmasının vacibliyini qeyd edən natiq, nümunəvi əməkdaşlıq modeli haqqında danışaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə həyata keçirilən layihələr barədə də ətraflı məlumat verib.
Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov videokonfransda çıxış edərək konfransın mövzusunun aktuallığından söz açıb və Azərbaycanın Mərkəzi Asiyaya açılan bir pəncərə olduğunu, alimlərimizin, maarifçilərimizin Mərkəzi Asiyanın mədəni və elmi həyatında həmişə aktiv rol oynadıqlarını, Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin daim regionla münasibətlərə xüsusi önəm verdiyini bildirib. Diplomat Mərkəzi Asiya regionu ilə Azərbaycanı birləşdirən çoxsaylı dəyərlərin olduğunu diqqətə çatdıraraq, soykök, dil, mədəniyyət yaxınlığı, regionun Tarixi İpək Yolunun üzərində yerləşməsi, xalqlarımız arasındakı tarixi dostluq və qohumluq əlaqələrini xüsusi qeyd edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə regionda çoxsaylı layihələrin reallaşdırıldığını, xüsusilə son zamanlar Özbəkistanın Türk Şurasına daxil olmasını əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib. Samir Abbasov Azərbaycanın dünya mədəniyyətinə dair çoxsaylı layihələrdə iştirak etdiyini, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb, habelə rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin Mərkəzi Asiya regionu ilə mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsində və çoxsaylı elmi, mədəni layihələrin həyata keçirilməsində rolu barədə məlumat verib.
Konfransda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun direktor müavini Dariya Vladimirovna, Venesiya Universitetinin Asiya və Şimali Afrika Araşdırmaları Bölməsinin Türk və Monqolşünaslıq sahəsi üzrə bölüm müdiri, dosent Foscari Elizabeth Ragagnin, Auezov Universitetinin Türkoloji Elmi Tədqiqat Mərkəzinin direktoru, filologiya elmləri doktoru Nynlan Jakipovich Mynbaev, mədəni qarşılıqlı fəaliyyət proqramının yaradıcısı, Amerikalı alim Mark Reese, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnatova, Bişkekdəki Mərkəzi Asiya Amerika Universitetinin Təhsil Proqramının həmsədri Nik Uolmsli və başqa alimlər Mərkəzi Asiya regionunun mədəni həyatı, regionda sosial – humanitar elmlər sahəsində yeniliklər, aktual problemlərə dair məruzələrlə çıxış ediblər.
Azərbaycanlı alim Almaz Ülvi Binnətova Konfransda "Əlişir Nəvainin “Məhbubul-qulub” əsəri: ümumtürk tarixinin əxlaq dərsliyi – siyasi estetikası" mövzusunda məruzə edib.
Qeyd edək ki, aktual mövzuları və problemləri əhatə edən Beynəlxalq videokonfransa maraq böyük olub, tədbir yerli mətbuatda geniş işıqlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.07.2020
Gürcüstanın paytaxtında partlayış baş verib
11.07.2020
Vladimir Putin Ruriyә Tәhlükәsizlik Şurasının yığıncağına sәdrlik edib
11.07.2020
Moskvada koronavirusdan ölənlərin sayı 4 116 nəfərə yüksəlib
10.07.2020
Rusiya iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa edəcək
10.07.2020
Moldovada koronavirusa görə fövqəladə vəziyyət rejimi uzadılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info