Bakı Ali Neft Məktəbi onlayn Yay Məktəbi təşkil edəcək
Tarix: 01.06.2020 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi İtaliyanın Milano-Bicocca Universiteti ilə birgə 6-16 sentyabr 2020-ci il tarixlərində onlayn formatda “Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusunda Yaşıl Enerji İdarəetməsi (GEM – Green Energy Management) Yay Məktəbi təşkil edəcək.
Yay Məktəbində iştirak etmək istəyən tələbələrin müraciətlərinin qəbuluna başlanılıb.
Müraciət ərizələri 15 iyun tarixinədək bu ünvana - http:www.summerschoolbicocca.com/20-GEM.php göndərilməlidir.
GEM Yay Məktəbində iştirak edən magistr tələbələri ənənəvi və yaşıl enerjiyə dair ümumi məlumat əldə edəcək, onlayn dərslərdə əsas enerji prinsipləri, üzvi tullantıların təkrar emalı, bioyanacaq, hidroenerji istehsalı, külək və günəş enerjisi, kənd təsərrüfatında təkrar istehsal və iqlim dəyişikliyi üçün maliyyələşdirmə kimi mövzular üzrə müzakirələrdə iştirak edə biləcəklər.
Bütün dərslər/mühazirələr və qrup işləri distant təhsil platformaları vasitəsi ilə saat 11:00-dan 14:00-dək (Bakı vaxtı) keçiriləcək. İştirakçılar distant təhsil formatında keçiriləcək dərslərdə iştirak edərək texniki biliklər əldə edə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirə biləcəklər.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Milano-Bicocca Universiteti ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildə GEM Yay Məktəbini uğurla təşkil edib. GEM 2013-cü ildə fəaliyyətə başlamış və həm ənənəvi, həm də bərpa olunan enerji idarəetmə və davamlı ətraf mühit sahəsində geniş təcrübəyə malik olan bir çox Avropa Universitetinin alim və mütəxəssisləri tərəfindən idarə olunur. GEM təcrübə mübadiləsi, şəbəkə imkanları, yeni regional layihə ideyaları və təşəbbüslər yaratmaq üçün dünyanın hər yerindən (Şərqi və Qərbi Avropa, Afrika, Asiya və Cənubi Amerika) tələbələri bir araya toplayır.




 
Bölməyə aid digər xəbərlər
10.07.2020
Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyası sona çatıb
10.07.2020
BMU-da onlayn “Məzun günü” keçirilib- VIDEO
10.07.2020
Rezidenturaya qəbul olmaq istəyənlər üçün yenidən sənəd qəbulu başladı
10.07.2020
Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir
10.07.2020
“Microsoft” şirkəti Azərbaycanın rəqəmsal təhsil təcrübəsindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
2 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
3 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
4 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
5 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info