ABŞ-da etiraz aksiyaları davam edir
Tarix: 01.06.2020 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


ABŞ-da Corc Floydun keçən həftə Minnesota ştatında polis zorakılığı nəticəsində ölməsinə göstərilən reaksiyalar davam edir.

ABŞ-da Corc Floydun keçən həftə Minnesota ştatında polis zorakılığı nəticəsində ölməsinə göstərilən reaksiyalar davam edir. Etirazlar zamanı iki nəfər həlak olub.
Qaradərili amerikalıları tez-tez hədəfə alan və tez-tez ölümlə nəticələnən polis zorakılığına etirazlar aksiyaları bir çox şəhər və ştatlarda, əksər hallarda zorakılığa səhnə olaraq yayılır.
Nümayişçilər paytaxt Vaşinqton, Minneapolis, Philadelphia, Çikaqo, Los Anceles kimi bir çox şəhərdə küçələrə çıxdı.
Prezident Donald Tramp nümayişlərdə zorakılıqda günahlandırılan ANTİFA-nın indi `terror təşkilatı` olaraq qəbul ediləcəyini açıqlayıb. Daha sonra Ədliyyə Nazirliyi federal qüvvələrə bu təşkilatın üzvləri də daxil olmaqla "təxribatçıları" tutmaq üçün göstəriş verildiyini bildirilib.("Anti-faşizm" sözünün ixtisarı kimi istifadə olunan ANTIFA 30-cu illərdə Almaniyada artan nasistliyə qarşı ortaya çıxıb)
Tramp həmçinin Demokratik yerli idarəçiləri milli qvardiyalardan dəstək almaq üçün "hərəkətə keçməyə" çağırdı. Tramp "Twitter" yer alan açıqlamada etirazçılara `` radikal anarxistlər`` kimi təsvir etdiyi nümayişçilərə ` çox gec olmadan` müdaxilə etməyin vacib olduğunu söyləyib.

Digər tərəfdən, Floydun həyatını itirməsinə etiraz edən nümayişçilərin mayın29-da Ağ Ev qarşısında keçirilən etiraz aksiyaları zamanı prezident Trumpın sığınacağına aparıldığı iddia edilib.
"CNN" telekanalının Ağ Ev işçisi və təhlükəsizlik qüvvəsinə əsaslandırdığı xəbərində Trampın yuxarı mərtəbəyə qaldırılmadan təxminən 1 saat sığınacaq yerində qaldığı iddia edilib.
Təhlükəsizlik gücü qaynağı və baş verənləri görən digər qaynaq "CNN"-ə bildirib ki, Trampın həyat yoldaşı Melania Tramp və oğlu Barron da mayın 29-da gecə, Ağ Evin ətrafında etirazlar yayıldığı zaman sığınacağa aparıldı.
İkinci qaynaq "Ağ Evdəki vəziyyət `qırmızıya` qaldırılarsa, prezident Trampın Melaniya Tramp və Barron Trump ilə digər bütün ailə üzvlərinin Təcili Əməliyyat Mərkəzinə aparılacağını" söyləyib.
Xatırladaq ki, 46 yaşlı Corc Floyd 26 mayda fırıldaqçılıq şübhəsiylə Minneapolisdə nəzarətə alınarkən polislərdən biri uzun müddət onun boynuna basdığı və "Nəfəs ala bilmirəm" yalvarışlarına əhəmiyyət vermədiyi üçün zəncinin vəziyyəti pisləşib, aparıldığı xəstəxanada həyatını itirib.
Ətrafdakıların cib telefonlarına qeyd etdiyi görüntülər sosial mediada böyük əks-səda yaradıb, ölkədə zəncilərə qarşı polis şiddəti mübahisələri təkrar alovlanıb və Minneapolis başda olmaqla, bir çox şəhərdə etirazlar dalğası genişlənib.
Buna baxmayaraq, ölkədə etirazlar səngimir. Etirazçılarla polis arasında toqquşmalar nəticəsində ölənlər və yaralananlar olduğu bildirilir.




 
Bölməyə aid digər xəbərlər
11.07.2020
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 228 mindən çox artıb
10.07.2020
Tehranda partlayış səsləri eşidilib
10.07.2020
Aya Sofyaya ödənişli giriş ləğv edilib, iyulun 24-dən ibadətə açılacaq
10.07.2020
Türkiyədə koronavirusdan daha 23 nəfər ölüb
10.07.2020
İtaliyada fövqəladə vəziyyət rejimi dekabrın 31-dək uzadıla bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
2 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
3 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
4 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
5 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info