“Gələcəyin sahibkarı” müsabiqəsinin qalibləri açıqlanıb
Tarix: 01.06.2020 | Saat: 20:48:00 | E-mail | Çapa göndər



Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirdiyi “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsinin qaliblərini elan edib.

Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Kiçik sahibkarlar” ASK və “İnci” şirkətlər qrupuna daxil olan “Ofisait” şirkətinin təqdim etdiyi hədiyyələrə layiq görülüblər. Məlumat üçün bildirək ki, müsabiqəyə 8-11, 12-15 yaş qruplarında 25 şagird yazı göndərib, 6 nəfərdən ibarət münsiflər heyəti yazıları bir neçə kateqoriya üzrə bal sistemilə qiymətləndirib.
ASK-ın baş katibinin müavini Nərmin Qəniyevanın sözlərinə görə, “Gələcəyin sahibkarı” müsabiqəsinin keçirilməsində məqsəd uşaqlar arasında sahibkarlıq mədəniyyətinin formalaşmasına töhfə verməkdir. Sahibkarlığı kiçik yaşlarında formalaşdırmaq lazımdır. Hər bir böyük işin təməli kiçik addımlardan başlayır.
“Ofisait” şirkətinin departament müdiri və münsiflər heyətinin üzvü İlkin Rufullayev də qalibləri təbrik edərək onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Qeyd edək ki, “İş yeri axtarma iş yeri yarat”, “Öz biznesinə başla” layihələrini uğurla həyata keçirən ASK uşaqlar arasında sahibkarlıq ideyalarının aşılanması məqsədilə “Gələcəyin sahibkarı” müsabiqəsini daimi şəkildə keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
10.07.2020
Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək
10.07.2020
Avtomobil bazarında ən çox satılan avtomobillərə indi maraq yoxdur
09.07.2020
ASA yanvar-may ayları üzrə statistik məlumatları ictimaiyyətə təqdim edib
09.07.2020
Zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb
08.07.2020
AZAL Dubaydan çarter reysi yerinə yetirib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
2 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
3 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
4 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
5 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info