Prezident İlham Əliyev: Azərbaycan 30 ölkəyə dəstək verib
Tarix: 01.06.2020 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


Azərbaycan 30 ölkəyə dəstək verib.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda deyib.


Prezident İlham Əliyev qeyd edib:

"Cənab prezident, əvvəla qeyd etmək istərdim ki, koronavirusla mübarizədə və dünya miqyasında göstərdiyimiz təşəbbüslərlə bağlı yaxşı məlumatlı olmağınız məni çox sevindirir. Belə təsadüf edib ki, Azərbaycan hazırda sizin də qeyd etdiyiniz kimi, iki təşkilata - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Ötən il bizim çox uğurlu Zirvə görüşümüz olmuşdur və Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bu təşkilata sədr seçilmişdir. Buna görə düşündük ki, bütün dünya üçün bu önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq bizim öhdəliyimizdir. Hər iki Zirvə görüşü uğurla keçdi. Sizə deyə bilərəm ki, biz nəinki təkcə koronavirusla mübarizə sahəsində fikir mübadiləsi apardıq, eyni zamanda, qarşılıqlı dəstək göstərdik. Zirvə görüşündən sonra üzv ölkələrin müvafiq nazirlərinin iştirakı ilə koronavirusla mübarizə sahəsində birgə səylərlə bağlı çox mühüm məsələlərə həsr olunan bir sıra konfranslar keçirilmişdir.

Həmçinin bizim Ümumdünya Səhiyyə Təşkilatına ianəmiz haqqında da sizin yaxşı məlumatınız var. Düşünürəm ki, biz ilk dəfə beş milyon dollar ayıran ölkələr arasında birinci ölkələrdən idik, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayırdıq. Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər.

Əməkdaşlığımızla bağlı yeni ideyalara gəlincə, biz bunda çox maraqlıyıq. Çünki mən xatırlayıram ki, 5-6 il bundan əvvəl bizim maliyyə dəstəyinə ehtiyacımız olanda Asiya İnkişaf Bankı çox tez reaksiya göstərdi. Həqiqətən də bu, mənə çox xoş təsir bağışladı və mən bir daha çox vaxtında göstərilmiş dostcasına yanaşmaya görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz bunun əməkdaşlığın çox yaxşı əlaməti olduğunu nəzərə aldıq. Əvvəl qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi layihəsini ilk dəstəkləyən siz oldunuz. Yeri gəlmişkən, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantılarını təşkil edirik. Mən xatırlayıram, bəzi başqa banklar layihəyə maliyyə öhdəliyini nəzərdən keçirdiyi vaxtda qeyd etdim ki, “Şahdəniz”dən hasil olunan qaz Avropaya nəql ediləcək. Lakin Avropa banklarında hələ proses getdiyi halda, Asiya İnkişaf Bankı artıq maliyyələşməni təmin etdi. Düşünürəm ki, sizin çox dostcasına verdiyiniz dəstək böyük bir qrupun birləşməsində mühüm rol oynadı".




 
Bölməyə aid digər xəbərlər
10.07.2020
BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidentinin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
10.07.2020
Prezident “Uşaq hüquqları haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib
10.07.2020
Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz
10.07.2020
DTX XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun həbsi ilə bağlı məlumat yaydı
10.07.2020
ABŞ səfirliyi 2020-2022-ci İllər üçün jurnalistika üzrə magistr proqramını elan edir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
2 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
3 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
4 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
5 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info