Azərbaycan şirkətləri Ukraynada karbohidrogen yataqlarının işlənməsində iştirak edə bilər
Tarix: 02.06.2020 | Saat: 08:51:00 | E-mail | Çapa göndər


Azərbaycanla Ukrayna arasında ikitərəfli enerji əməkdaşlığının potensialı tükənməyib.
Bunu Trend-ə Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk deyib.
O bildirib ki, bu baxımdan perspektiv istiqamətlərdən biri Azərbaycan şirkətlərinin Ukrayna ərazisində karbohidrogen yataqlarının işlənməsində, enerji obyektlərinin özəlləşdirilməsində iştirakı, eləcə də yeni infrastruktur layihələrinin reallaşdırılmasıdır.
S.Ştelyuk xatırladıb ki, 2020-ci il mayın 5-də Ukrayna baş nazirinin müavini Aleksey Reznikov, infrastruktur naziri Vladislav Krikli və “SOCAR Energy Ukraine” şirkətinin pərakəndə ticarət üzrə direktoru Sergey Kolençenko tərəfindən imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində “Çonqar” nəzarət-buraxılış məntəqəsində xidmət qovşağının tikintisi layihəsinin birgə reallaşdırılması nəzərdə tutulub.

Müşavirin sözlərinə görə, enerji sahəsi son dövrlərdə fəal inkişaf edən Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının aparıcı istiqamətlərindən biridir:
“Xüsusən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ildən Ukraynanın neft emalı müəssisələri üçün əsas neft tədarükçüsüdür”.
S.Ştelyuk bu kontekstdə SOCAR-ın Ukraynadakı fəaliyyətinin şaxələndirilməsini qeyd edib:
“SOCAR Ukraynanın pərakəndə neft məhsulları bazarının fəal iştirakçısıdır. Bu şirkətin brendi altında Ukraynanın bütün regionlarında 60-dan çox yanacaqdoldurma məntəqəsi işləyir. Son zamanlarda SOCAR Ukrayna qaz bazarının aparıcı operatoruna çevrilib”.




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
AZAL Bakı-London-Bakı üzrə xüsusi reyslərə aviabilet satışına başlayır
07.07.2020
Azərbaycanda yeni elektron kommersiya platforması fəaliyyətə başladı
07.07.2020
Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət qaydaları açıqlanıb
07.07.2020
“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır
07.07.2020
“Azeri Light” neftinin qiyməti 44 dolları ötüb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info